Meksikada baş vermiş zəlzələnin fəsadları, 27 sentyabr 2017-ci il

Eyni ərazidə növbəti dəfə zəlzələ baş verib

73
(Yenilənib 13:45 14.10.2017)
Meksikanın Oaxaka ştatında 5,5 bal gücündə zəlzələ qeydə alınıb

BAKI, 14 oktyabr — Sputnik. Dünən axşam saatlarında Meksikada yenidən zəlzələ qeydə alınıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Meksikanın Oaxaka ştatında 5,5 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin episentri Salina Krus şəhərinin 23 km cənub-şərqində, zəlzələ ocağı yerin 93 km dərinliyində olub. Zəlzələ zamanı dağıntı və ölüm qeydə alınmayıb.

Qeyd edək ki, oktyabrın 11-də həmin ərazidə 5,1 bal gücündə zəlzələ qeydə alınmışdı. Daha dağıdıcı (7,1 bal gücündə) zəlzələ isə, cari il sentyabrın 19-da Mexikodan 120 km uzaqlıqda baş vermişdi. Həmin zəlzələ zamanı 400-dən çox insan həlak olmuşdu.

73
Teqlər:
Meksika, bal, zəlzələ
Əlaqədar
Baş verən zəlzələ dünyanın iqlimini dəyişə bilər
Bakını böyük fəlakət gözləyir: 8-12 ballıq zəlzələ, sürüşmə və ...
Azərbaycanın bu bölgəsi zəlzələ ilə oyandı
Səfirlikdən zəlzələ ilə bağlı açıqlama
Egey dənizində zəlzələ oldu
Sahildə 8.1 bal gücündə zəlzələ olub