AKP yetkilisi Mustafa Elitaş

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadıldı

15
(Yenilənib 16:06 13.10.2017)
Sonuncu dəfə fövqəladə vəziyyət rejimi iyul ayında 3 ay müddətinə uzadılmışdı

BAKI, 13 oktyabr — Sputnik. Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay müddətinə uzadılıb. Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, fövqəladə vəziyyət rejimi iyul ayında 3 ay müddətinə uzadılmışdı.

Oktyabrın 19-da başa çatacaq fövqəladə vəziyyət rejimi ilə bağlı AKP yetkilisi Mustafa Elitaş açıqlama verib. Elitaş fövqəladə vəziyyət rejiminin üç ay daha uzadılacağını bildirib.

15
Teqlər:
oktyabr, fövqəladə vəziyyət rejimi, Türkiyə
Əlaqədar
ABŞ-da fövqəladə vəziyyət elan edildi
Rayonlarda fövqəladə vəziyyət elan edildi
Türkiyədə fövqəladə vəziyyət 3 ay da uzana bilər
Avropa İttifaqı fövqəladə vəziyyət elan etdi
Tehranda fövqəladə vəziyyət: təcili toplantı çağırıldı
OPEC-in loqosu, arxiv şəkli

“OPEC+” nazirlərinin iclasının vaxtı dəyişib

0
(Yenilənib 16:32 01.12.2020)
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur

BAKI, 1 dekabr — Sputnik. Dekabrın 1-də keçirilməsi nəzərdə tutulan "OPEC plus" ölkələri nazirlərinin 12-ci görüşünün vaxtı 3 dekabr tarixinə dəyişdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirləri tərəfindən "Əməkdaşlıq Bəyannaməsi"ndən irəli gələn məsələlər üzrə müzakirələr keçiriləcək.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur.

0
Teqlər:
nazirlər, OPEC, Müzakirələr
 Türkiyə sülhməqamlıları, arxiv şəkli

Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair anlaşma imzalandı

72
(Yenilənib 12:11 01.12.2020)
"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir"

BAKI, 1 dekabr — Sputnik. Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair texniki detallarla bağlı müzakirələr başa çatıb və tərəflər arasında anlaşma imzalanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir", - deyə məlumatda qeyd olunub.

Həmçinin qeyd olunur ki, noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün video konfrans formatında anlaşma memorandumu imzalayıb.

72
Teqlər:
anlaşma, Rusiya, Türkiyə, Qarabağ