SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rəsmi Ankara: Türkiyə və ABŞ viza böhranın həlli üçün birgə çalışacaq

© AFP 2023 / NICHOLAS KAMM Bəkir Bozdağ
Bəkir Bozdağ - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ və Türkiyə arasında yaşanan viza böhranından sonra Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ mühüm açıqlamalar verib

BAKI, 12 oktyabr — Sputnik. ABŞ və Türkiyə arasında yaşanan viza böhranından sonra Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ mühüm açıqlamalar verib.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, B.Bozdağ yaxın günlərdə dialoq şəraitinin olacağını qeyd edib: "Münasibətlərimiz daha əvvəl də bir çox sınaqdan keçib. İki ölkə birlikdə işləmək qərarı alıb".

Onun sözlərinə görə, iki ölkə arasında nümayəndələrin bir araya gəlib bu məsələ üzərində işləmələrinə dair qərar verilib və bu qərarın nəticəsinə görə addım atılacaq.

Səhər saatlarında da ABŞ ilə Türkiyə nümayəndə heyətlərinin növbəti həftə bir araya gələcəyinə dair məlumatlar yayılmışdı.

Xəbər lenti
0