AŞPA həmməruzəçilərinin Azərbaycana növbəti səfərinin tarixi məlum olub

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidStrasburqda AŞPA-nın binası
Strasburqda AŞPA-nın binası - Sputnik Azərbaycan
Abunə olmaq
Səfər gələn ilin fevral ayında baş tutacaq

BAKI, 11 oktyabr — Sputnik. Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçilərinin Azərbaycana növbəti səfərinin tarixi məlum olub.

Bu barədə "Report"a AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Sezar Florin Preda məlumat verib.

Onun sözlərinə görə, səfər gələn ilin fevral ayında baş tutacaq: "Səfər çərçivəsində Azərbaycan Prezidenti, Milli Məclisin sədri, daxili işlər, ədliyyə nazirləri, siyasi partiyalar və vətəndaş cəmiyyətinin təmsilçiləri, həmçinin azərbaycanlı tələbələr və jurnalistlərlə görüşəcəyik".

S.F.Preda Azərbaycanla bağlı hesabatı hazırlayarkən həmməruzəçilərə ölkədə hər bir şəraitin yaradıldığını, görüşlər zamanı heç bir maneə ilə qarşılaşmadıqlarını də vurğulayıb.

Qeyd edək ki, AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennak və Sezar Florin Preda "Azərbaycanda demokratik təsisatların fəaliyyəti" adlı hesabatın həmmüəllifləridirlər. Bu gün AŞPA-nın payız sessiyası çərçivəsində keçirilən dinləmələrdə sənəd 117 deputat lehinə, 18-i əleyhinə olmaqla təsdiqlənib və bununla bağlı qətnamə qəbul edilib.

Xəbər lenti
0