SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğandan Con Bassa ağır sözlər: "Səni ABŞ-ın nümayəndəsi olaraq görmürük"

© AFP 2023 / ADEM ALTANCon Bass
Con Bass - Sputnik Azərbaycan
Abunə olmaq
Con Bass Ankaradakı missiyasının başa çatması ilə bağlı vida görüşləri keçirəcəkdi

BAKI, 10 oktyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vəzifə müddəti bitəcək olan ABŞ-ın Türkiyədəki səfiri Con Bassa çox sərt sözlər söyləyib.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Türkiyə prezidenti Serbiya səfərində ABŞ ilə baş verən viza böhranına toxunub.

Ərdoğan səfirə çox sərt sözlər deyib. "Vida ziyarətlərini qəbul etmirik. Özünü ABŞ-ın nümayəndəsi olaraq da görmürük" — prezident bildirib.

Qeyd edək ki, Con Bass Ankaradakı missiyasının başa çatması ilə bağlı vida görüşləri keçirəcəkdi.

Xəbər lenti
0