Kaliforniyada meşə yanğını

Meşə yanğını sürətlə yayılır, ölənlər itkin düşənlər var

40
(Yenilənib 13:08 10.10.2017)
Hələlik səbəbi bilinməyən yanğın nəticəsində 1500 evə ziyan dəyib

BAKI, 10 oktyabr — Sputnik. ABŞ-ın Kaliforniya ştatında, şərab istehsalı üzrə tanınan regionlarda başlayan güclü meşə yanğını sürətlə yayılır. Sputnik Azərbaycan BBC-yə istinadla xəbər verir ki, yanğın nəticəsində, ən azı 10 nəfər həyatını itirib, itkin düşənlər də var.

Üzüm bağları ilə məşhur olan Napa, Sonoma və Yuba bölgələrindən 20 min nəfər insan qaçmaq məcburiyyətində qalıb. Kaliforniya ştatının qubernatoru fövqəladə vəziyyət elan edib. Hələlik səbəbi bilinməyən yanğın nəticəsində 1500 evə ziyan dəyib.

40
Teqlər:
Kaliforniya ştatı, meşə yanğını, ABŞ
Əlaqədar
Ticarət mərkəzində baş verən yanğına görə minlərlə insan təxliyə olundu
Ticarət mərkəzində güclü yanğın
Azərbaycandakı meşə yanğını söndürülüb
Bakıdakı yanğınla bağlı ikili məlumat: nazirliklə şirkət bir-birilərini təkzib edirlər
Azərbaycan və Türkiyə bayraqları olan tablo, arxiv şəkli

Ankara Opera Balet Teatrında ölkəmizə dəstək məqsədilə bədii proqram təqdim ediləcək

4
(Yenilənib 23:33 23.11.2020)
Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

BAKI, 23 noyabr — Sputnik. Ankara Opera və Balet Teatrında Azərbaycana dəstək məqsədilə zəngin bədii proqram təqdim ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, proqram Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) və Anadolu Mədəniyyətlərin araşdırılması və inkişafı dərnəyi tərəfindən birgə təşkil olunacaq.

Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

4
Teqlər:
dəstək, proqram, teatr
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov, arxiv şəkli

Teymur Rəcəbov Levon Aronyana qalib gəlib

14
Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

BAKI, 23 noyabr - Sputnik. Onlayn şahmat üzrə “Skilling Open” turniri davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda prinsipial qarşılaşmaya çıxıb.

Şahmatçımız ermənistanlı Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

Qeyd edək ki, turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üçgünlük mübarizədən sonra pley-off start götürəcək.

14
Teqlər:
şahmat turniri, Teymur Rəcəbov, qalib, qələbə, şahmat

Kafe restoranlarda karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq

0
(Yenilənib 23:47 23.11.2020)
İctimai iaşə müəssisələrində COVİD-19-la əlaqədar karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq.

BAKI, 24 noyabr - Sputnik. “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs müəyyənləşməlidir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, karantin tələbləri üzrə əlaqələndirici (məsul) şəxs funksiyaları ictimai iaşə müəssisəsinin işçilərindən birinə həvalə edilir. Bu təyinat müəssisədaxili rəsmiləşdirilməlidir.

Həmin məsul şəxs epidemiya əleyhinə mövcüd tələblərin müəssisədə tətbiqinin təşkili, bu tələblərin yerinə yetirilməsinə yerində nəzarəti həyata keçirməklə bərabər nəzarətedici dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə əlaqələndirici olacaq, müəssisənin işçilərini təlimatlandıracaq, dezinfeksiya tədbirlərini təşkil edəcək, bu tədbirlərin müəssisədaxili qeydiyyat formaları və cədvəllərini tərtib edəcək, icrasına müəssisə daxilində nəzarət edəcək.

Məsul şəxs koronavirusla (COVID-19-la) mübarizə ilə bağlı xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin etməlidir. Eyni zamanda məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir.

0