Посол Азербайджана в России Полад Бюльбюльоглу

YUNESKO yeni baş direktoru seçə bilmir

37
(Yenilənib 10:24 10.10.2017)
YUNESKO-nun İcraiyyə Şurası yeni baş direktoru seçə bilməyib

BAKI, 10 oktyabr — Sputnik. YUNESKO-nun İcraiyyə Şurası bazar ertəsi keçirilən səsvermənin birinci turunda təşkilatın yeni baş direktorunu seçə bilməyib.

"Report" xəbər verir ki, namizədliyi irəli sürülən şəxslərdən heç biri birinci mərhələdə lazımi dəstəyi ala bilməyib.

Çərşənbə axşamı Şuranın 58 iştirakçı ölkəsi ikinci mərhələ üçün yeni iclas keçirəcək. Seçkilərin birinci turunun yekunlarına görə Qətərdən olan namizəd liderlik edir. Lakin o, qələbə üçün lazım olan 30 səsi toplaya bilməyib. Liderlər üçlüyündə Fransa və Misirdə var.

İlk olaraq YUNESKO-nun yeni baş direktoru postuna 9 nəfərin namizədliyi irəli sürülüb. Lakin sonradan Qvatemala və İraq öz ərizələrini geri götürüb. Belə olan halda, hazırda seçkilərdə Azərbaycan (ölkənin Rusiyadakı səfiri, bəstəkar və alim Polad Bülbüloğlu), Çin (YUNESKO-nun təhsil məsələləri üzrə baş direktorunun müavini diplomat Syan Tan), Misir (Ailə işləri üzrə sabiq nazir və hüquq müdafiəçisi Vera əl-Huri Lakoy), Vyetnam (XİN rəhbərinin müavini Fam Suan Şon), Qətər (sabiq mədəniyyət naziri Hamad bin Əbdüləziz əl-Kavari), Fransa (keçmiş mədəniyyət və kommunikasiya naziri Odri Azule) iştirak edir.

37
Teqlər:
YUNESKO-nun baş direktoru seçkiləri, YUNESKO, Hamad bin Əbdüləziz əl-Kavari, Fam Suan Şon, Odri Azule, Vera əl-Huri Lakoy, Syan Tan, Polad Bülbüloğlu, Qətər, Azərbaycan
Əlaqədar
YUNESKO-nun şah əsərləri sırasına daxil edilmiş Azərbaycan inciləri
"Polad Bülbüloğlunun seçilməsi YUNESKO-nun məramlarının təşviqinə töhfəsini verəcək"
YUNESKO lavaşın bizə məxsus olduğunu təsdiqlədi
Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri olduğu gün

Türk səfir Armen Sarkisyanın saxtakarlığını ifşa etdi

15
Ermənistan prezidentinin bu hərəkəti Türkiyə ərazisinə iddia ilə yanaşı Gürcüstan-Türkiyə münasibətlərinə xələl gətirmək cəhdi kimi də qəbul olunub.

BAKI, 18 aprel - Sputnik. Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Ermənistan prezidenti Armen Sarkisyanın Tbilisiyə rəsmi səfəri çərçivəsində əl atdığı təxribata münasibət bildirib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, diplomat Twitter hesabında Ağrı dağının Türkiyədə ən hündür dağ olduğunu yazıb.

F.C.Yazqan bu barədə məlumatı gürcü və erməni dillərində də əlavə edib: “Sadəcə əmin edirəm ki, faktlar karikaturistik diplomatiyada itmir”.

Qeyd edək ki, A.Sarkisyan Gürcüstanın prezident sarayının fəxri qonaqlar kitabında yazı ilə yanaşı Ağrı dağının konturları ilə rəsm də çəkib. Bu fakt Gürcüstan prezidenti Salome Zurabişvilinin həmin səhifənin fotoşəklini sosial şəbəkədə paylaşmasından sonra məlum olub.

Ermənistan prezidentinin bu hərəkəti Türkiyə ərazisinə iddia ilə yanaşı Gürcüstan-Türkiyə münasibətlərinə xələl gətirmək cəhdi kimi də qəbul olunub.

15
Президент Туркменистана Гурбангулы Бердымухаммедов, фото из архива

Türkmənistan Prezidentinin atası vəfat edib

15
(Yenilənib 22:19 18.04.2021)
Türkmənistan DİN-in 1001 saylı hərbi hissəsinə və nazirliyin Aşqabaddakı yaşayış kompleksinə onun adı verilib.

BAKI, 18 aprel - Sputnik. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun atası Malikqulu Berdimuhamedov 88 yaşında vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkmənistanın dövlət televiziyası məlumat yayıb.

Qeyd edək ki, M.Berdimuhamedov 1932-ci il avqustun 12-də anadan olub. O, 1982-ci ildə Daxili İşlər Nazirliyindən polis polkovnik-leytenantı rütbəsində ehtiyata buraxılıb. Türkmənistan DİN-in 1001 saylı hərbi hissəsinə və nazirliyin Aşqabaddakı yaşayış kompleksinə onun adı verilib.

15
Rusiya XİN-nin binası, arxiv şəkli

Çexiyanın Rusiyadakı səfirliyinin 20 əməkdaşı “persona non qrata” elan edildi

0
Rusiya Xarici İşlər Nazirliyinin “persona non qrata” elan etdiyi şəxslər Moskvanı 19 aprelə qədər tərk etməlidirlər.

BAKI, 18 aprel - Sputnik. Rəsmi Moskva Rusiya diplomatlarının Çexiyadan çıxarılmasına anoloji qərarla cavab verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Çexiya Respublikasının Moskvadakı səfirliyinin 20 əməkdaşını “persona non qrata” elan edib.

Həmin şəxslər Rusiyanı 19 aprelə qədər tərk etməlidirlər.

Bundan əvvəl Çexiya respublikasının fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka rəsmi Praqanın rus diplomatları ölkədən çıxaracağı ilə bağlı bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bundan əvvəl RF diplomatiya idarəsində Çexiya hökumətinə sərt etiraz bildirilmiş və cavab tədbirlərinin görüləcəyinin anonsu verilmişdi.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Praqanın hərəkətlərində "Amerikanın izlərini görməmək olmaz".

Nazirlik diplomatların qovulması qərarının 2014-cü ildə Vrbetitsadaki hərbi anbarlarda baş verən partlayışda Rusiya xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı "əsassız və həqiqətdən uzaq bəhanələr"lə əlaqədar verildiyini qeyd edib. 

 

0