Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Petro Poroşenko ilə birgə mətbuat konfransı vaxtı, Kiyev, 9 oktyabr 2017-ci il

Ərdoğandan gözlənilən açıqlama gəldi

207
(Yenilənib 07:06 10.10.2017)
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Petro Poroşenko ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında bəyan edib

BAKI, 9 oktyabr — Sputnik. Rəsmi Ankara ABŞ tərəfinin Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmaq qərarından təəssüf edir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Pyotr Poroşenko ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında bəyan edib. 

“ABŞ-ın Ankaradakı səfirliyinin qərarı bizi təəssüfləndirdi. Türkiyə  hüquqi dövlətidir. Biz bir qəbilə və ya qəbilə dövləti deyilik. Bu səbəbdən Türkiyənin Vaşinqtondakı səfirliyi eynilə cavab verib” — deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, ötən gün ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.

207
Teqlər:
ABŞ-ın İstanbuldakı Baş Konsulluğu, FETÖ, Metin Topuz, Pyotr Poroşenko, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, ABŞ
Mövzu:
ABŞ-Türkiyə gərginliyi (15)
Əlaqədar
Türkiyənin Azərbaycandakı keçmiş səfiri: "İkitərəfli əlaqələrdə belə şey ilk dəfədir"
"Türkiyə ABŞ-a adekvat cavab verməklə düzgün addım atdı, əks halda..."
Türkiyə-ABŞ böhranı: buzlar əriyir?
ABŞ-ın Türkiyəyə qarşı radikal qərar verməsinin səbəbi ortaya çıxdı