Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İŞİD əsir götürdüyü rus hərbçilərin dəhşətli videosunu yaydı

© REUTERS / STRİŞİD döyüşçüsü, arxiv şəkli
İŞİD döyüşçüsü, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İŞİD terror qruplaşması tərəfindən əsir götürülən iki rus hərbçisi ilə bağlı yeni video yayılıb

BAKI, 9 oktyabr — Sputnik. İŞİD terror qruplaşması tərəfindən əsir götürülən iki rus hərbçisi ilə bağlı yeni video yayılıb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu videoyazını terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan Directorate 4 Telegram kanalı yayıb.

Videoyazıda terrorçular əsir götürdükləri kişilərin şəxsiyyətini müəyyənləşdirirlər. Danışıqlardan o məlum olur ki, girovların ikisi rusdur və onlar silahlar barədə məlumata malikdirlər.

Xatırladaq ki, beş gün öncə sözgedən şəxslərin terrorçular tərəfindən danışdırıldığı digər bir video da yayılmışdı. Həmin video Twitter-də paylaşılmış və bildirilmişdi ki, bu iki rus əsgəri Suriyanın Deyr-əz-Zor əyalətində cihadçılara əsir düşüblər.

​Videoda kişilərdən biri Rostov vilayətində doğulmuş 1979-cu il təvəllüdlü Zabolotni Roman Vasilyeviç olduğunu bildirir. O danışır ki, İŞİD-in əks-hücumu zamanı Əş-Şula yaşayış məntəqəsində girov düşüblər.

Əsir, yanındakı digər kişi haqqında deyir ki, o, 1978-ci il təvəllüdlü Domodedovo rayon sakini Tsurkan Qriqori Mixayloviçdir. Əsirlərin sir-sifətindən işgəncələrə məruz qaldıqları görünür.

Sentyabrın 28-də İŞİD iki rus hərbçisini əsir götürdüyünü açıqlamış və onların videosunu yaymışdı. Rusiyanın Müdafiə Nazirliyi isə xəbəri təkzib etmişdi.

Xəbər lenti
0