Ən-Nüsra Cəbhəsinin əsgəri

Amerikalıların gizli fəaliyyətlərinə dair müdhiş iddia

782
(Yenilənib 12:00 10.10.2017)
"ABŞ Suriya terrorçularına 5 iyundan 15 sentyabra qədər olan dövrdə 1421 yük maşını hərbi sursat və silah göndərib"

BAKI, 9 oktyabr — Sputnik. "ABŞ Suriyadakı terrorçulara silah göndərir, müxalifətçilərə yox". Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bunu Suriya Ərəb Ordusunun Baş Əməliyyat İdarəsinin rəisi, diviziya generalı Əli əl-Əli bəyan edib.

"Biz bilirik ki, ABŞ Suriya terrorçularına 5 iyundan 15 sentyabra qədər olan dövrdə 1421 yük maşını hərbi sursat və silah göndərib. Bu silahlar, guya terrorizmlə mübarizə məqsədilə göndərilib, amma nəticədə İŞİD və "Ən-Nüsra Cəbhəsi" silahlılarının əlinə düşüb" — deyə yaraqlılardan götürülmüş silahların nümayişi zamanı, general bildirib.

Onun sözlərinə görə, Suriya radikallarının əlinə düşən silahların böyük hissəsi Pentaqonun ABŞ-ın müttəfiqlərinə yardım proqramı əsasında, Amerikanın müdafiə şirkətləri olan "Chemring" və "Orbital"-dan alınıb.

General əlavə edib ki, amerikalılar o silahları Yaxın Şərqə dəniz nəqliyyatı vasitəsilə göndərirlər: "O silahlar Suriyaya hökumət qoşunlarının nəzarətində olmayan sərhəd bölgələrindən daxil olur".

Qeyd edək ki, Amerika hərbi idarəsinin nümayəndəsinin may ayında verdiyi açıqlamaya görə, sözügedən silahlar "Suriya demokratik qüvvələri"ndən olan kürdlərə göndərilib ki, onlar bu silahların köməyi ilə Raqqanı İŞİD terrorçularından azad etsinlər.

782
Teqlər:
Əli əl-Əli, Baş Əməliyyat İdarəsi, general, Suriya, ABŞ, terrorçu, İŞİD
Əlaqədar
Əyləncə mərkəzində 50-dən çox meyit: konserti qana bulayan terrorçu öldürüldü - VİDEO
Türkiyədə dəhşətli terror aktının qarşısı alınıb
London terroruna görə məsuliyyəti üzərinə götürən tapıldı
İsraildən açıqlama: "Biz PKK-nı terrorçu olaraq görürük, amma..."
Kəşfiyyat qurumuna basqın edən terrorçu öldürüldü
Belarusda seçkinin gedişi zamanı

Belarusda ilkin nəticələr açıqlandı Sürpriz olmadı

4
Belarus MSK sədri Liliya Yeroşinanın sözlərinə görə, bazar günü baş tutan seçkidə seçici fəallığı 84,23% olub

BAKI, 10 avqust — Sputnik. Belarus Mərkəzi Seçki Komissiyası ötən gün keçirilən prezident seçkisinin ilkin nəticələrini açıqlayıb. Sputnik Belarus xəbər verir ki, Belarus MSK-sının saat 9-a olan məlumatına görə, nəticələr aşağıdakı kimidir:

Aleksandr Lukaşenko - 80,23%

Svetlana Tixanovskaya - 9,90%

Anna Kanoptskaya - 1,68%

Sergey Çerçen - 1,13%

Andrey Dmitriyev - 1,04%

Belarus MSK sədri Liliya Yeroşinanın sözlərinə görə, bazar günü baş tutan seçkidə seçici fəallığı 84,23% olub. Ümumilikdə seçkilərdə iştirak edən şəxslərin 6,02 faizi bütün namizədlərin əleyhinə səs verib.

 

4
Əlaqədar
Belarus MSK ilkin nəticələri açıqlayıb
Putin və Lukaşenko 33 rusiyalının saxlanılmasını müzakirə ediblər
Növbəti prezidentin adını deyə bilərəm, amma...
ABŞ-ın Belarusa dair planı var - Dövlət Departamentinə bağlı adamlar Minskdə nə edirlər?
Lukaşenko kimin Belarusa qarşı hibrid müharibə apara biləcəyini təxmin edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Türkiyədə koronavirus peyvəndinin sınaqları uğurlu oldu“

5
Son sutkada ölkədə COVID-19-a 1 182 yoluxma qeydə alınıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 240 804 nəfərə yüksəlib.

BAKI, 10 avqust - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Türkiyə yeni koronavirusa qarşı özünün vaksinini hazırlayan ölkələr siyahısında ABŞ və Çindən sonra üçüncü yeri tutur.

“Report“ xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə Elm və Texnologiya Araşdırma Təşkilatı (TÜBİTAK) tərəfindən yaradılan COVID-19-a qarşı 8 vaksin və 10 preparatın hazırlanması üzərində iş gedir.

"Türkiyə həkimləri tərəfindən hazırlanan koronavirusa qarşı iki vaksin heyvanlar üzərində sınaqlardan müvəffəqiyyətlə keçib. Onlardan birinin insanlar üzərində kliniki sınaqlarına icazə verilib", - dövlət başçısı bildirib.

Son sutkada ölkədə COVID-19-a 1 182 yoluxma qeydə alınıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 240 804 nəfərə yüksəlib.

5
Həbsxana, arxiv şəkli

Pandemiya "düşdü" - mindən artıq şəxs vaxtından əvvəl şərti azadlığa buraxılıb

0
(Yenilənib 11:22 10.08.2020)
Ötən ayın sonuna olan rəqəmlərə görə, həmin şəxslərin 983 nəfəri ancaq pandemiya dövründə azadlığa çıxan məhkumlardır.

BAKI, 10 avqust — Sputnik. Cari ildə 1253 nəfər vaxtından əvvəl şərti azadlığa buraxılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu haqda Ədliyyə Nazirliyində ictimai iştirakçılıq və şəffaflıq mövzusunda keçirilən canlı yayımda İctimai Komitənin koordinatoru, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı məlumat verib.

Nazirlik rəsmisinin sözlərinə görə, ötən ayın sonuna olan rəqəmlərə görə, həmin şəxslərin 983 nəfəri ancaq pandemiya dövründə azadlığa çıxan məhkumlardır.

Qeyd edək ki, bundan öncə də ölkə başçısının sərəncamı ilə yaşı 65-dən yuxarı olan 176 məhkum azadlığa çıxıb.

0
Əlaqədar
Beş minə yaxın məhkuma elektron nəzarət vasitələri tətbiq edilib
Koronavirusa yoluxan məhbusların hamısı sağalıb - Ədliyyə Nazirliyi
Penitensiar müəssisələrdə epidemioloji cəhətdən gərgin mühit yoxdur
Həbsə alternativlər: kimlərin cəzası yumşaldılıb?