Soldan sağa: ABŞ prezidenti Donald Tramp, Kanadanın baş naziri Castin Trüdo, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitində. Hamburq, Almaniya, 7 iyul 2017-ci il

ABŞ-ın Türkiyəyə qarşı radikal qərar verməsinin səbəbi ortaya çıxdı

2299
(Yenilənib 16:03 10.10.2017)
Barəsində həbs qərarı verilən ikinci adamın hələlik tutulmadığı və konsulluqda olduğu bildirilir

BAKI, 9 oktyabr — Sputnik. ABŞ ilə Türkiyənin qarşılıqlı olaraq vizaları dayandırmasının səbəbi ortaya çıxıb. Belə ki, ötən günlərdə FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs olunan, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzdan sonra, Türkiyə hökuməti tərəfindən daha bir həbs qərarının verilməsi böhranı dərinləşdirib və ABŞ-dan vizaların dayandırılması qərarı gəlib.

Barəsində həbs qərarı verilən ikinci adamın hələlik tutulmadığı və konsulluqda olduğu bildirilir.

ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuz
ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuz

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, dünən İstanbul Baş Prokurorluğunun verdiyi həbs qərarı ilə böhrana səbəb olub.

Qeyd edək ki, ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Ankaradakı səfirliyi Türkiyədəki bütün ABŞ diplomatik missiyalarında qeyri-miqrant viza xidmətlərinin dayandırıldığını açıqlayıb.

"Son zamanlarda yaşanan hadisələr ABŞ hökumətini, Türkiyə Respublikası hökumətinin ABŞ missiyasının təsis və personalının təhlükəsizliyi ilə bağlı öhdəliklərini yenidən nəzərdən keçirməyə məcbur edib" — deyə ABŞ-ın Ankaradakı səfirliyindən yazılı açıqlama verilib.

Açıqlamada, qiymətləndirmə prosesində səfirliklərə və konsulluqlara ziyarətçilərin sayını minimuma endirmək üçün Türkiyədəki bütün ABŞ diplomatik nümayəndəliklərində qeyri-miqrant viza xidmətlərinin dayandırıldığı bildirilib. Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə qalacağı qeyd olunub.

Türkiyə də, ABŞ hökumətinin bu ölkənin vətəndaşlarına viza verilməsini dayandırmaq qərarına cavab verib. Bununla bağlı bəyanat Türkiyənin Vaşinqtondakı səfirliyinin "Twitter" səhifəsində yerləşdirilib.

Açıqlamada deyilir ki, son zamanlarda yaşanan olaylar Türkiyə hökumətini, ABŞ hökumətinin Türkiyə missiyasının təsis və personalının təhlükəsizliyi ilə bağlı öhdəliklərini yenidən nəzərdən keçirməyə məcbur edib.

Qeyd olunur ki, Birləşmiş Ştatlardakı Türkiyə səfirliyinə və konsulluğuna gələn ziyarətçi sayının azaldılması üçün ABŞ-da olan bütün missiyalarda ABŞ vətəndaşları üçün vizaların verilməsi proseduru dayandırılıb.

2299
Mövzu:
ABŞ-Türkiyə gərginliyi (15)
Ombudsman Səbinə Əliyeva və İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik arasında görüş

İsrail səfiri Ermənistanın mülki şəxsləri hədəfə alan hərbi hücumlarını pislədi

2
(Yenilənib 18:55 28.10.2020)
Səfir: "İsrail dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyinin dəyişməz olduğunu bildirib".

BAKI, 28 oktyabr — Sputnik. Ombudsman Səbinə Əliyeva İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diki qəbul edib.

Ombudsman Aparatından Sputnik Azərbaycan-a bildirilib ki, müvəkkil Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinin yalnız iqtisadi-strateji baxımdan deyil, həm də ənənəvi tarixi mədəni köklərə əsaslandığını, Azərbaycan və İsrail xalqlarının daim tarixin çətin dönəmlərində qarşılıqlı anlaşmaya, tolerantlığa əsaslanan birgə yaşayış nümunəsini bütün dünyaya nümayiş etdirdiklərini bildirib.

Görüş zamanı Müvəkkil Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və hərbi təcavüzü nəticəsində kütləvi insan hüquqları pozuntuları barədə məlumat verib. Müvəkkil bu ilin 27 sentyabr tarixindən Ermənistanın yeni torpaq iddiaları ilə Azərbaycana qarşı başlatdığı hərbi təcavüzü və hərbi təxribatları nəticəsində raket hücümuna məruz qalmış mülki yaşayış məntəqələrinə faktaraşdırıcı missiya fəaliyyəti çərçivəsində baş çəkdiyini, yaralanan mülki şəxslərlə və həlak olanların yaxınları ilə görüşdüyünü bildirib. Qeyd olunub ki, araşdırmalar zamanı toplanan faktoloji materiallar əsasında hazırlanan 4 aralıq hesabat aidiyyəti beynəlxalq qurumlara göndərilib.

© Photo : The Commissioner for Human Rights. (Ombudsman) of the Republic of Azerbaijan
Ombudsman Səbinə Əliyeva və İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik arasında görüş

Müvəkkil, həmçinin bu gün günorta saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən yenidən Bərdə şəhərinin mülki əhalinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazisinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan zərbələr endirildiyini, nəticədə 20-dən çox mülki şəxsin həlak olduğunu, 60-dan çox şəxsin yaralandığını, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydiyini səfirin diqqətinə çatdırıb.

Səfir qeyd edib ki, Azərbaycan ilə İsrail arasındakı dostluq əlaqələri dərin tarixi köklərə malikdir. İki ölkə arasında iqtisadi, enerji, təhlükəsizlik və turizm sahəsindəki əlaqələr əlaqələr, eyni zamanda Azərbaycan və İsrail xalqları arasındakı qarşılıqlı münasibətlər də çox yüksək səviyyədədir. C.Dik Ermənistan tərəfindən mülki şəxsləri hədəf alan hərbi hücumların ciddi təəssüf hissi doğurduğunu və vəziyyətlə yaxından tanış olmaq məqsədilə Gəncə və Mingəçevir şəhərlərinə getdiyini, xəsarət alan və mülkləri zərər görən şəxslərlə görüşdüyünü bildirib. Səfir Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn tələblərinin pozularaq mülki şəxslərə qarşı edilən hərbi hücumların ciddi şəkildə insan hüquqları pozuntusuna yol açdığını vurğulayıb. Qeyd olunub ki, İsrail dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyinin dəyişməz olduğunu bildirib.

2
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Qərənfil

Lev Tolstoyun qızı erməni vandalizmi haqqında

17
Material 1915-ci ildə ermənilər tərəfindən Van şəhərinin dinc əhalisinə – türklərə qarşı törədilən soyqırımın canlı şahidi olmuş Aleksandra Tolstoyanın xatirələrini əks etdirir

BAKI, 28 oktyabr — Sputnik. Türkiyənin "Alternatiftarih" portalı, Birləşmiş Ərəb Əmirliklərinin məşhur "Saadaonline" portalı, Misirin populyar "Əl-Vəsilə", "Nile Nyus", "Əl-Braq Nyus", "Dmc Nyus", İraqın "İraq Nyus" xəbər portalları Dövlət Tərcümə Mərkəzinin beynəlxalq virtual aləmdə yayılması məqsədilə müxtəlif dillərdə hazırladığı "Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında" sənədli materialın yayımına başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, material 1915-ci ildə ermənilər tərəfindən Van şəhərinin dinc əhalisinə – türklərə qarşı törədilən soyqırımın canlı şahidi olmuş Aleksandra Tolstayanın xatirələrini əks etdirir.

17

Bölmələrimiz şəhər rayonlarımıza atəş açanları məhv edib - VİDEO

24
Oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

BAKI, 28 oktyabr - Sputnik. Humanitar atəşkəs rejimini kobudcasına pozaraq şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusunun bölmələri darmadağın edib.

Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Nəticədə 21 nəfər həlak olub, 70-dən çox şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

24
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə