Qatilin sevgilisi ortaya çıxdı

© REUTERS / Las Vegas Sun/Steve MarcusСтрельба у казино в Лас-Вегасе
Стрельба у казино в Лас-Вегасе - Sputnik Azərbaycan
Abunə olmaq
"O, bu haqda şübhə izi də buraxmayıb"

BAKI, 5 oktyabr — Sputnik. ABŞ-ın Las-Veqas şəhərini qana boyayan edən Stefen Peddokun Filippindən olan sevgilisi Merilu Denli açıqlama verib. Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, o, Peddokun planlarından xəbərsiz olduğunu bildirib.

"Stefen mənə bu cür dəhşətli qətl törədəcəyi barədə heç nə deməyib, heç bu haqda şübhə izi də buraxmayıb. Peddok mehriban, qayğıkeş və sakit insan olub. Niyə belə edib, özüm də anlaya bilmirəm" — Merilu deyib.

Xatırladaq ki, Stiven Paddok, oktyabrın 2-nə keçən gecə Las-Veqasda açıq hava konsertinə qatılan minlərlə adama, qaldığı otelin 32-ci mərtəbəsindən avtomatik silahdan dayanmadan atəş açıb. Son məlumatlara görə, hadisədə 59 nəfər dünyasını dəyişib, 529 nəfər isə müxtəlif dərəcədə bədən xəsarəti alıb.

Xəbər lenti
0