Separatçıların lideri sərt danışdı: "Türkiyədə belə bir hadisə baş verərsə..."

© REUTERS / Albert Geaİspan polisinə etiraz edən gənclər, Barselona, 20 sentyabr 2017-ci il
İspan polisinə etiraz edən gənclər, Barselona, 20 sentyabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
"Özlərini demokrat sayan qlobal güclər, hələ də bu haqsızlığa səs çıxarmayıb"

BAKI, 5 oktyabr — Sputnik. "Əgər Türkiyə, Polşa və ya Macarıstanda, polis mülki şəxslərə qarşı sərt davransaydı, Avropanın mövqeyi çox sərt olardı. Ancaq, eyni Avropa, ispan polisinin katalanlara qarşı qeyri-insani rəftarını görməzdən gəldi".

© AFP 2023 / Josep LAGOİspaniyanın Kataloniya Muxtar bölgəsinin rəhbəri Karles Puçdemon
İspaniyanın Kataloniya Muxtar bölgəsinin rəhbəri Karles Puçdemon - Sputnik Azərbaycan
İspaniyanın Kataloniya Muxtar bölgəsinin rəhbəri Karles Puçdemon

Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, bunu İspaniyanın Kataloniya Muxtar Vilayətinin lideri Karls Pucemont jurnalistlərə açıqlamasında deyib. O, İspaniya hökuməti və polisinin insani dəyərləri, haqq və hüququ tapdadığını söyləyib.

"Mən Avropa dəyərlərinin gələcəyindən şübhə edirəm. Özlərini demokrat sayan qlobal güclər, hələ də bu haqsızlığa səs çıxarmayıb" — katalan lider qeyd edib.

Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya Muxtar bölgəsində müstəqillik referendumu keçirilib. Madrid hökumətinin və ispan polisinin bütün təzyiqlərinə baxmayaraq, referendum baş tutub.

Nəticələrə əsasən, katalanların 90%-i İspaniyadan ayrılmağa səs verib. Artıq 5 gündür ki, bölgədə ispan polisi ilə katalanlar arasında şiddətli qarşıdurmalar yaşanır. Yüzlərlə insan yaralanıb.

Xəbər lenti
0