Ərdoğandan qorxulu açıqlama: "Lənətə gələcəyik..."

© AFP 2023 / ADEM ALTANРеджеп Тайип Эрдоган, президент Турции
Реджеп Тайип Эрдоган, президент Турции - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti ölkə vətəndaşlarına çağırış etdi

BAKI, 4 oktyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ölkəsində kredit faizlərinin yuxarı olmasından narazılıq edib. Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, Ərdoğan, faizlərin aşağı düşməsinin vacibliyinə toxunub.

"Faizlərin aşağı salınmasına nail ola bilməsək, bir çox müsibət bizi gözləyir. Bunu həll etməliyik. Bank faizlərinin 20 faiz olduğu bir ölkədə sərmayədar investisiya qoya bilərmi?" — prezident narazılığını bildirib.

"Ondan sonra lənətlə qarşı-qarşıya qalarıq. Yoxsul ailələr ortaya çıxar. Sələmçilərin marağına uyğun hərəkət etmək olmaz. Yüksək faiz səbəbindən inflyasiyanın azalmasına nail ola bilmirik" — Ərdoğan deyib.

Daha sonra o, əlavə edib: "Bu, mənim iddiamdır. Yüksək faizlə inflyasiyanın səviyyəsini azaltmaq mümkün deyil. Bunun qərarını verməyimiz lazımdır. Düz mütənasibdir, faiz aşağı düşərsə, inflyasiya düşər".

"Yastığın altında və ya qolunuzdakı qızıllar bizə heç nə qazandırmaz. İqtisadiyyatımıza dəstək verin. İqtisadiyyat güclənərsə, qızıl sahibləri də qazanar. Vətəndaşlarımızı ölkənin inkişafına töhfə verməyə dəvət edirəm" — deyə dövlət başçısı vurğulayıb.

Türkiyə prezidentinin çıxışını buradan izləyə bilərsiniz.

Xəbər lenti
0