Türk əsgərlərinə qarşı xain plan: şəhidlər var

© AP Photo / Lefteris PitarakisTürk ordusunun əsgərləri, arxiv şəkli
Türk ordusunun əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Terrorçuların tapılması üçün bölgədə genişmiqyaslı əməliyyat başlayıb

BAKI, 4 oktyabr — Sputnik. Türkiyənin Hakkari vilayətinin Yüksəkova qəsəbəsində, içərisində əsgərlər olan kartej minaya düşüb. Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, terror nəticəsində 4 əsgər şəhid olub, daha 4 əsgər yaralanıb.

Yaralı əsgərlər təcili xəstəxanaya aparılıblar. Onların vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə, minanı yola PKK terrorçuları döşəyiblər. Ordu və polis terrorçuların tapılması üçün bölgədə genişmiqyaslı əməliyyata başlayıb.

Xəbər lenti
0