Vladimir Putin, arxiv şəkli

Prezident ilk dəfə Kataloniyadan danışdı

58
(Yenilənib 10:21 05.10.2017)
İki gündür ki, Kataloniyada ispan polisi ilə katalanlar arasında şiddətli qarşıdurmalar yaşanır

BAKI, 3 oktyabr — Sputnik. İspaniyanın Kataloniya bölgəsində keçirilən müstəqillik referendumuna Rusiya prezidenti Vladimir Putin ilk dəfə olaraq münasibət bildirib. Referendumun İspaniyanın daxili işi olduğunu deyən Putin, ancaq bir şeyi gizlətməyəcəyini söyləyib. Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, Kreml rəhbəri Kataloniayada baş verən toqquşmalardan çox narahat olduğunu bildirib.

"Referendum İspaniyanın daxili işidir. Biz məsələnin bu tərəfinə qarışmırıq. Ancaq bir şeyi gizlətmək istəmirəm. Referendumdan sonra Kataloniyada yaşanan proseslərdən ciddi narahatıq. Ümid edirik ki, böhran tezliklə həll ediləcək" — Putin deyib.

Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya Muxtar bölgəsində müstəqillik referendumu keçirilib. Madrid hökumətinin və ispan polisinin bütün təzyiqlərinə baxmayaraq referendum baş tutub. Nəticələrə əsasən katalanların 90%-i İspaniyadan ayrılmağa səs verib. İki gündür ki, bölgədə ispan polisi ilə katalanlar arasında şiddətli qarşıdurmalar yaşanır. Yüzlərlə insan yaralanıb.

58
Mövzu:
Separatçı referendumlar dalğası (38)