Britaniyanın keçmiş xarici işlər naziri Cek Strou

Britaniyalı nazir: Şimali Kiprin müstəqilliyi tanınmalıdır

530
(Yenilənib 18:06 04.10.2017)
Cek Strou: "İndi Kipr türklərinə qarşı edilmiş ədalətsizliyə son qoyulmalı, Şimali Kiprin Aİ-yə tam üzvlüyü üçün türk icmasının hazırlanmasına başlanmalıdır"

BAKI, 2 oktyabr — Sputnik. Kipr adasının yunan və türk hissələrinin birləşdirilməsi üçün edilən növbəti cəhdin də iflasa uğramasının ardınca, Britaniyanın keçmiş xarici işlər naziri Cek Strou (Jack Straw) "The Independent" qəzetində yazıb ki, əksinə adanın ikiyə bölündüyünü qəbul edərək "hər iki Kipri" beynəlxalq aləmdə rəsmən tanımağın vaxtı çatıb.

O fikrini belə ifadə edib: "Türkiyə Kiprə 1974-cü ildə hərbi müdaxilə edib, lakin bu, yunanların dövlət çevrilişi etməsinin nəticəsi kimi baş verib. Bu həmin vaxt idi ki, Kiprin seçilmiş prezidenti Makarios millətçi yunanlar tərəfindən devrilmiş və hətta az qala öldürülmüşdü. O vaxt BMT Təhlükəsizlik Şurasında çıxış edən Makarios elan etmişdi ki, Kiprə əslində Yunanıstan müdaxilə edib. Onun sözlərinə görə, çevriliş edənlərin məqsədi türk icmasının iradəsini nəzərə almadan adanı Yunanıstanla birləşdirmək idi. Kiprin bir sıra türk anklavlarında dəhşətli hücumların ardınca adadakı Türkiyə hərbçilərinin sayı dramatik şəkildə artırılıb. O vaxtdan bəri on minlərlə türk əsgəri adadadır. Onların müdafiə etdiyi türk icması adanın şimalında Şimali Kipr Türk Respublikası yaradıb. Yunan xuntasının özü isə yunanların daha bir çevrilişi nəticəsində devrilib". 

Cek Strounun fikrincə, bəziləri iddia edə bilərlər ki, Türkiyə Kiprə bu qədər qoşun yeritməklə aşırı reaksiya göstərib: "Amma Türkiyə bu vəziyyətə qollarını sallayıb sadəcə tamaşaçı kimi baxa bilməzdi".

Keçmiş nazir bildirir ki, adada təhlükəyə məruz qalan britaniyalı azlıq olsaydı, heç London da buna biganə qalmazdı.

"Həmin vaxtdan bəri Kiprə dair, əsasən də BMT-nin əqidəsi altında saysız danışıqlar aparılıb. Bu danışıqlarda, həm də adadakı türk əsgərləri kontingentinin ixtisarı məsələsi qoyulub. Adanın iki icmasının birləşdirilməsi üçün ən maraqlı plan 2004-cü ildə BMT-nin o vaxtkı baş katibi Kofi Annan tərəfindən irəli sürülmüşdü. O vaxt iki icma üçün bir konstitusiyanın qəbulu məsələsi qoyulmuşdu. Həmin planı türklər böyük səs çoxluğu ilə qəbul etdilər, amma yunanlar bu planı böyük səs çoxluğu ilə rədd etdilər. Burada fundamental məsələ budur ki, Kipr yunanlarının hər hansı razılaşmada elə bir maraqları yoxdur" — deyə müəllif bildirib.

Strou yazıb ki, o vaxt Britaniya da daxil olmaqla Avropa İttifaqı Kiprin yunan hissəsini üzvlüyə qəbul etməklə böyük səhvə yol verib. Lakin türk sakinlər üçün bundan da təhqiramizi adanın Aİ-yə bütünlükdə qəbul edilməsi idi.

Keçmiş nazirin sözlərinə görə, bu qərar Kipr türklərinin rəyini nəinki nəzərə almamış, əksinə bütöv bir icmanı havadan asılı vəziyyətə salmışdı.

"İndi Kipr türklərinə qarşı edilmiş ədalətsizliyə son qoyulmalı, Şimali Kiprin Aİ-yə tam üzvlüyü üçün türk icmasının hazırlanmasına başlanmalıdır. Əslində heç yunan Kipri də özünü nümunəvi Aİ üzvü kimi aparmır" — deyə Strou yazıb. 

BBC-nin yazdığına görə, 2011-2012-ci ildə Kipr Rusiya oliqarxları üçün ofşor rolunu oynamaqla öz varlığına az qala son qoyacaq maliyyə böhranı törətmişdi. Ötən ay "The Guardian" yazmışdı ki, Kipr Rusiya və Ukraynanın oliqarx milyarderlərinə vətəndaşlıq satmaqla 2013-cü ildən bəri 4 milyard avro qazanıb. Adanın iki icmasının birləşidirilməsi bir də ona görə müşküldür ki, siyasi birləşmə yunanların siyasi hakimiyyəti türklərlə paylaşması demək olardı.

Keçmiş nazir yazır ki, əgər yunanlara belə bir təklif onların Aİ-yə üzvlük şərti kimi verilsəydi, bəlkə də keçərli olardı. Amma indi belə bir şərt və ya siyasi qazanc olmadan heç bir Kipr yunan lideri birləşmə üçün elektoratı arxasınca apara bilməyəcək.

Strounun fikrincə, hazırkı status-kvo sadəcə olaraq Kiprin yunan hissəsi üçün əlverişlidir.

Cek Strou 2001-2006-cı illərdə Britaniyanın xaric işlər naziri olub.

530
Teqlər:
BMT, Cek Strou, Şimali Kipr, Kipr, Ukrayna, Rusiya, Türkiyə
Əlaqədar
Kipr danışıqları yenə nəticəsiz qaldı
Kipr müzakirələri yanvarın 18-də davam edəcək
Kipr probleminin həllində sona az qalıb?
Qalatasaray azarkeşləri, arxiv şəkli

Türkiyənin məşhur klubundan şəhidimizlə bağlı jest

11
(Yenilənib 16:26 24.11.2020)
"Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Muradın səs yazısı səslənəcək, oyunçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar.

BAKI, 24 noyabr — Sputnik. "Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Fəridin səs yazısı səslənəcək, oyunçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə CBC Sportun idman şərhçisi Gündüz Abbaszadə məlumat yayıb. O bildirib ki, şəhidin ailəsi "Qalatasaray"ın oyununa dəvət olunacaq. Klub şəhidimizin məzarını ziyarət edəcək: ""Qalatasaray" prezidentinin köməkçisi Yusuf Günay bir az əvvəl telefon danışığımızda mənə bunları dedi. Fərid və Muradın ailəsinin nömrələrini də istədi. Tapdıq, göndərdik. Bununla yanaşı, Türkiyə TV-lərində bu haqda xəbərlər olacaq. Ümid edirəm, ruhları şaddır!"

Xatırladaq ki, Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Fərid Dursunovun son istəklərindən biri azarkeşi olduğu Türkiyənin "Qalatasaray" klubu ilə bağlı olub. Qax rayonundan olan Fərid "Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray"ımın bayrağını da asarsınız", - deyə dostlarından xahiş edib. Şəhidlik zirvəsinə ucalandan sonra isə yoldaşları onun bu istəyini yerinə yetiriblər. Qəhrəmanımızın məzarına üçrəngli Azərbaycan bayrağı ilə yanaşı, "Qalatasaray" bayrağı da asılıb. Eyni zamanda sosial şəbəkələrdə gəncin dostları və digər fəallar məsələ ilə bağlı "Qalatasaray" klubunun rəhbərliyinə məlumat verdiklərini bildiriblər. Qeyd edilib ki, klub rəsmiləri də şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə müəyyən rəsmi addımlar atacaqlarını vurğulayıblar.

11
Teqlər:
bayraq, arzu, Qax, azərbaycanlı, şəhid, "Qalatasaray" futbol klubu, Türkiyə
Yerevana mənzərə, arxiv şəkli

Ermənistanda daha bir nazir istefa verib

14
Xaçaryan 2018-ci ilin oktyabrında bu vəzifəyə təyin olunub. Xatırladaq ki, bundan əvvəl Ermənistanda bir neçə nazir vəzifəsindən uzaqlaşdırılıb.

BAKI, 24 noyabr — Sputnik. Ermənistanda daha bir nazir istefa verib.

Sputnik Ermənistan-ın məlumatına görə, ölkənin iqtisadiyyat naziri Tiqran Xaçatryan bir gün qabaq istefa ərizəsi yazıb.

Qeyd edək ki, T. Xaçaryan 2018-ci ilin oktyabrında bu vəzifəyə təyin olunub.

Xatırladaq ki, bundan əvvəl Ermənistanda bir neçə nazir vəzifəsindən uzaqlaşdırılıb.

14
İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam

0
(Yenilənib 17:15 24.11.2020)
Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək, bu barədə də ətraflı danışacağam".

BAKI, 24 noyabr — Sputnik. "Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim "Qurani-Kərim"i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək, bu barədə də ətraflı danışacağam".

0