Prezident terror səbəbindən səfərini təxirə saldı

Abunə olmaq
Tramp Las-Veqasdakı terror aktı barədə açıqlama verib

BAKI, 2 oktyabr — Sputnik. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp, Las-Veqasdakı konsert əsnasında baş verən terror hadisəsi ilə bağlı açıqlama verib. Sputnik Azərbaycan xəbər verir ki, Tramp bu barədə özünün "Twitter" səhifəsində yazıb.

"Las-Veqasdakı dəhşətli hadisə zamanı öldürülənlərin ailələrinə və yaxınlarına başsağlığı verirəm, yaralılara isə təcili şəfa diləyirəm" — deyən prezident, terror səbəbilə Puerto-Rikoya səfərini təxirə salıb.

Qeyd edək ki, Las-Veqasda açıq hava konsertinə toplaşanların atəşə tutulması nəticəsində 50-dən çox insan həyatını itirib, 200-dən artıq adam da yaralanıb. Hadisəni 64 yaşlı Stiven Paddok adlı şəxs törədib. Polisin əməliyyatı ilə terrorçu məhv edilib.

Xəbər lenti
0