Boris Conson

London separatçılara səsləndi: Qanuna riayət edin

8
Boris Conson: "Britaniya İspaniyanın ərazi bütövlüyünü dəstəkləyir"

BAKI, 2 oktyabr — Sputnik. Böyük Britaniyanın xarici işlər naziri Boris Conson, Kataloniyada baş verən hadisələrlə bağlı açıqlama verib. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə özünün "Twitter" səhifəsində yazıb.

Conson, kataloniyalıları İspaniya konstitusiyasına riayət etməyə çağırıb: "Kataloniyadakı referendum İspaniya hökuməti və xalqının öz işidir. Əsas odur ki, etirazçılar İspaniya konstitusiyasına riayət etsin və qanunun aliliyi qorunsun".

Boris Conson, həmçinin qeyd edib ki, Britaniya İspaniyanın ərazi bütövlüyünü dəstəkləyir.

8
Teqlər:
Kataloniya, Boris Conson, Böyük Britaniya, İspaniya
Əlaqədar
Kataloniyada referendumun nəticələri elan edilib
Kataloniya taleyini müəyyən etdi
Kataloniya heç nəyə baxmayaraq bu addımı atdı
İspaniyanın Kataloniya bölgəsində gözlənilən oldu
Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

Belə insanlar koronavirusa az yoluxurlar

0
(Yenilənib 14:44 26.09.2020)
Daha əvvəl Holk qeyd etmişdi ki, qanda vitamin D səviyyəsinin yetərli olması COVID-19-a oluxma riskini 54 faiz azaldır.

BAKI, 26 sentyabr — Sputnik. Boston Universitetinin Tibb məktəbinin alimləri müəyyən edib ki, koronavirusa yoluxan xəstələrin qanındakı normal vitamin D səviyyəsi, az olanlarla müqayisədə xəstəlik ağırlaşan zaman daha az ölümlə nəticələnir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yetərli D vitamini səviyyəsi çox olan 40 yaşından böyük xəstələrdə virusdan ölüm halı 51,5 daha az olur.

"Bu araşdırma D vitamininin yetərli olmasının sitokin fırtınası və COVID-19-dan ölüm halının qarşısını aldığını sübut edir" - deyə araşdırma rəhbəri Maykl Holk bildirib.

Daha əvvəl Holk qeyd etmişdi ki, qanda vitamin D səviyyəsinin yetərli olması COVID-19-a yoluxma riskini 54 faiz azaldır.

Eyni zamanda vitamin D təkcə koronavirusla deyil, digər digər nəfəs yolu xəstəliklərinə yoluxmanın qarşısını alır.

0
 Mario Balotelli, arxiv şəkli

Məşhur futbolçu evlənməyə hazırlaşır

1
(Yenilənib 14:43 26.09.2020)
Məşhur futbolçu 1 aydır ki, münasibətdə olduğu model və "Instagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

BAKI, 26 sentyabr — Sputnik. İtaliyalı tanınmış qaradərili futbolçu ailə qurmağa hazırlaşır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İtaliyanın ən çox gündəmdə olan futbolçusu Mario Balotelli evlilik hazırlıqlarına başlayıb. Məşhur hücumçu 1 aydır ki, münasibətdə olduğu model və "İnstagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

Qeyd edək ki, məşhur cütlük artıq nişanlanıb.

 

1