Bakar Obama, arxiv şəkli

Barak Obama küçənin tininə çəkilərək ağladı

450
(Yenilənib 10:16 01.10.2017)
ABŞ-ın xarizmatik dövlət başçısı, qızını universitetə təhvil verən zaman duyğulandığını və küçənin tininə çəkilərək ağladığını söyləyib

BAKI, 28 sentyabr — Sputnik. Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Barak Obama 19 yaşlı qızı Malianı universitetə apardığı ilk günü haqda maraqlı xatirəsini bölüşüb.

Sputnik Azərbaycan "BBC"-yə istinadən xəbər verir ki, "Bayden" fondunun tədbirində çıxış edən ABŞ-ın eks-dövlət başçısı, qızını universitetə təhvil verən zaman duyğulandığını və küçənin tininə çəkilərək ağladığını söyləyib: 

ABŞ-ın eks prezidenti Barak Obama və yeni seçilmiş prezident Donald Tramp
© AP Photo / Pablo Martinez Monsivais

"Qızım Malianı qəbul olduğu universitetə apardığım gün kövrəlmişdim. Onu universitet rəhbərliyinə təhvil verəndən sonra artıq vidalaşmalıydıq. İkimiz üçün də çətin idi. Onunla sağollaşıb aralanandan sonra, dayana bilmədim, məni görməsin deyə küçənin tininə çəkildim və ağlamağa başladım. Gözyaşlarım burnumdan süzülürdü. Çünki mən atayam və artıq onu əvvəlki kimi hər gün görə bilməyəcəkdim".

"İndi düşünürəm nə yaxşı ki, onun yanında ağlamadım. Bunu etmədiyim üçün özümlə qürur duyuram. Ancaq o an bir epizod var idi ki, heç xoşuma gəlmədi. Mənim ağlamağımı Mərkəzi Kəşfiyyat Agentliyinin əməkdaşları gördülər. Çox kobud şəkildə diqqətlə üzümə baxırdılar. Məncə bu heç yaxşı şey deyil. İnsan hisslərinə hörmət eləmək lazımdır" — eks-prezident vurğulayıb.

Barak Obama çıxışının sonunda deyib: "Vidalaşmaq hər zaman çətindir, amma həm də yeni bir dövrün də başlanğıcıdır. Mən də qızım Maliaya uğurlar arzu edirəm, yolu hər zaman açıq olsun"

450
Teqlər:
Barak Obama, Amerika Birləşmiş Ştatları
Əlaqədar
Obama vədinə xilaf çıxdı, bəs Tramp?
Obama və ailəsi uzaq adaya yerləşib
Obama son dəfə İsrailə xəbərdarlıq etdi
Obama göz yaşları içərisində amerikalılara səsləndi
Ekspert: Obama 8 il ərzində Qarabağ münaqişəsinin həllinə maraq göstərmədi
Tibb işçiləri koronavirus xəstələrini qəbul edirlər

Qonşu ölkədə koronavirusa yoluxanların sayı kəskin şəkildə artdı

6
Ermənistanda son gündə daha 6 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 87-yə çatıb. Xəstəlikdən sağalanların sayı 3145 olub. Hazırda bu ölkədə olan 3842 nəfər xəstəxanada müalicə alır.

BAKI, 25 may — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 7113-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 452 nəfər artıb.

Ermənistanda son gündə daha 6 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 87-yə çatıb. Xəstəlikdən sağalanların sayı 3145 olub. Hazırda bu ölkədə olan 3842 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,4 milyonu keçib, 345 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

6
Monteneqro, arxiv şəkli

Azərbaycanın dostu olduğu ölkə koronavirusa qalib gəldiyini elan etdi

20
(Yenilənib 12:27 25.05.2020)
Məlumatda vurğulanır ki, martın 17-də Monteneqroda ilk virusa yoluxma halı qeydə alındığı vaxt ölkə koronavirusun olmadığı yeganə ölkə idi.

BAKI, 25 may — Sputnik. Monteneqro hökuməti bəyan edib ki, ölkədə koronavirus diaqnozu qoyulan bütün xəstələr sağalıb. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumatı Monteneqro Nazirlər Kabineti məlumat yayıb.

"Ölkəmizdə artıq COVID-19 virusuna yoluxan xəstə qalmayıb", - deyə məlumatda bildirilir.

Məlumatda vurğulanır ki, martın 17-də Monteneqroda ilk virusa yoluxma halı qeydə alındığı vaxt ölkə koronavirusun olmadığı yeganə ölkə idi.

Qeyd edək ki, mayın 15-də Sloveniya koronavirus epidemiyası üzərində qələbə qazandığını və bəzi karantin tədbirlərinin aradan qaldırıldığını elan edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,4 milyonu keçib, 345 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

"Son iki ay ərzində Sloveniya epidemiyanı dəf edib... Bu gün bütün Avropada ən yaxşı epidemioloji mənzərə bizdədir", - Sloveniyanın Baş naziri Yanez Yanşa bildirib.

20
Orduda təlim, arxiv şəkli

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

0
(Yenilənib 13:15 25.05.2020)
Təlimlərdə əsas diqqət şəxsi heyətin və hərbi idarəetmə orqanlarının peşəkarlıq səviyyəsinin artırılmasına, döyüş texnikasının və digər hərbi vasitələrin praktiki istifadəsinə yönəldilib

BAKI, 25 may — Sputnik. Qoşunların 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Təlimlərdə əsas diqqət şəxsi heyətin və hərbi idarəetmə orqanlarının peşəkarlıq səviyyəsinin artırılmasına, döyüş texnikasının və digər hərbi vasitələrin praktiki istifadəsinə yönəldilib.

Təlim rəhbərliyinin qiymətləndirməsinə görə başa çatmış təlimlərdə qoşunlar qarşıya qoyulan məqsədlərə tam nail olub. Şəxsi heyət döyüş əməliyyatlarının aparılması üzrə praktiki təcrübə və vərdişlər əldə edib, eləcə də səhra şəraitində real olaraq yüksək bacarıq nümayiş etdirib.

0