Ərbil beynəlxalq hava limanı, arxiv şəkli

"Kürdüstan"a uçuşlar tamamilə dayandırılacaq

26
(Yenilənib 15:00 28.09.2017)
"Sabahdan etibarən bütün xarici uçuşlar dayandırılacaq"

BAKI, 28 sentyabr — Sputnik. İraqın şimalındakı Kürdüstan Muxtar Vilayətinin mərkəzi olan Ərbil şəhərinə xarici təyyarələrin uçuşu dayandırılacaq. Sputnik Azərbaycan "TAKVİM"-ə istinadən xəbər verir ki, bu barədə İraq mərkəzi hökuməti məlumat yayıb.

Türk tankları
© REUTERS / Revolutionary Forces of Syria Media Office/Handout

"Sabahdan etibarən bütün xarici uçuşlar dayandırılacaq" — hökumətdən bildirilib.

Rəsmi Bağdadın açıqlamasından sonra, ilk olaraq Qətər dövləti 29 sentyabr — 1 oktyabr arasında Şimali İraqa uçuşların dayandırılacağını bəyan edib.

Qeyd edək ki, sentyabrın 25-də İraqın şimalındakı Kürdüstan Muxtar Vilayətində müstəqilliklə bağlı referendum keçirilib. Səsvermə siyahısında 5,2 milyon insan olub və onların 78 faizi səs verib. Səsvermədə iştirak edənlərin 93,29 % referendumun lehinə, 6,71 % isə əleyhinə səs verib.

Nəticələr açıqlandıqdan sonra muxtar vilayətin rəhbərliyi açıqlama verərək, bütün etnik azlıqları qoruyacaqlarına söz verib. Rəsmi nəticələrin 3 gün içində elan ediləcəyi bildirilir. İsrail istisna olmaqla, dünyanın heç bir dövləti İraqın şimalında keçirilən müstəqillik referendumunu tanımır.

26
Teqlər:
Kürdüstan Muxtar Vilayəti, uçuş, təyyarə, İraqın şimalı
Mövzu:
Separatçı referendumlar dalğası (38)
Əlaqədar
Hacızadə: “Hansısa iri dövlət qondarma Kürdüstanın müstəqilliyini tanımayacaq”
Rusiya "Kürdüstan" məsələsinə nöqtə qoydu
Türkiyədən "Kürdüstan" məsələsində geri addım
Sadıxov: “Kürdüstanın nefti Türkiyə ərazisindən keçməyəcəksə, onlar boğulacaqlar”
İspaniyadan "Kürdüstan"a maraqlı telefon zəngi
Azərbaycanlı məmur "Kürdüstan"ı dəstəklədi, hüquq-mühafizə orqanları hərəkətə keçdi

Manas Ata Dədə Qorqudun ruhu sizə kömək olsun - Qırğız ziyalılar İlham Əliyevə dua etdi

9
(Yenilənib 01:31 27.10.2020)
Qırğız ziyalılardan İlham Əliyevə dəstək: "Azərbaycan bizə türk xalqlarının totem quşunu - havaya qalxarkən qanadından yaralanan azadlıqsevər qızıl qartalı xatırladır".

BAKI, 27 oktyabr — Sputnik. "Biz, Aytmatov Əskər Çingizoviç, Osmanaliyev Kayrat Mederbekoviç, əsas vəzifəsi qırğız və türk yazıçısı Çingiz Aytmatovun yaradıcılıq və mənəvi irsinin qorunub saxlanılması və təbliği, onun humanist ideallarının təşviqi olan “Ç.Aytmatov adına Beynəlxalq İssık-Kul Forumu” İctimai Birliyinin üzvləriyik".

Sputnik Azərbaycan-ın məlumatına görə, "Çingiz Aytmatov adına Beynəlxalq İssık-Kul Forumu" İctimai Birliyinin üzvlərinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub bu sətirlə başlayır.

Məktubda daha sonra deyilir:

"Biz qürur duyuruq ki, Çingiz Aytmatovun kitabları qardaş Azərbaycanda çox oxunur və sevilir, Azərbaycan xalqı onu öz yazıçısı kimi qəbul edir.

Biz ölkənizin inkişaf edən bir dövlət qurmaq istiqamətində qazandığı uğurlara, dünya miqyasında malik olduğu nüfuza sevinirik.

Bununla yanaşı, hər zaman azərbaycanlı qardaşlarımızın uzun müddətdir sağalmayan yarası - işğal olunmuş Dağlıq Qarabağ problemi ilə bağlı ağrı-acısını bölüşmüşük.

Azərbaycan bizə türk xalqlarının totem quşunu - havaya qalxarkən qanadından yaralanan azadlıqsevər qızıl qartalı xatırladır. Qızıl qartal havada qürurla yeni üfüqlərə doğru uçur, lakin yaralı qanad ona daha yüksəklərə qalxmağa və uçmağa imkan vermir.

İndi Qarabağda müharibə gedir və bütün dünya hərbi əməliyyatların gedişini narahatlıqla izləyir.

Azərbaycan Ordusu yüksək döyüş ruhu, döyüş qabiliyyəti və qalib gəlmək əzmi nümayiş etdirir.

Böyük Lev Tolstoyun və Çingiz Aytmatovun ardınca müharibənin insan zəkasına və mahiyyətinə zidd fenomen olduğuna əminik. Ancaq bəzən xalq belə bir addım atmağa məcbur olur. Vətəninə, torpağına məhəbbət - bu müqəddəs hiss hər bir xalqa instinktiv səviyyədə xasdır.

Azərbaycanlılar üçün Qarabağ onları birləşdirən milli meqafikrə, müstəqil dövlət olaraq yetkinlik və məsuliyyət imtahanına, ölkəsinin suverenliyini və ərazi bütövlüyünü qorumaq əzminə çevrildi.

Uca Allahdan döyüş əməliyyatlarının ən qısa müddətdə bitməsini, danışıqlar prosesinin bərpa edilməsini və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu dərk edilərək problemin sülh yolu ilə həll olunmasını diləyirik.

Hər hansı müharibə, xüsusilə mülki əhaliyə qarşı bəşəriyyətin əsrlər boyu yaşadığı acı təcrübə əsasında aparılan müharibə qaydalara məhəl qoyulmadığı zaman qəddarlıq və insanlıqdan kənar nəticələrə gətirib çıxarır.

Müharibə cinayətlərinin bilərəkdən və soyuqqanlılıqla törədilməsi, Ermənistan ordusunun cəbhə xəttindən çox uzaqda yerləşən sülhsevər Azərbaycan şəhərlərini qəsdən bombalaması faciəvidir və dərindən pislənilməlidir. Uşaqlar da daxil olmaqla mülki şəxslərin qurban olması çox təəssüf doğurur.

Cənab Prezident, Sizə və bu hücumlar nəticəsində həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yerləri cənnət olsun. Bütün yaralıların tezliklə sağalmalarını arzu edirik.

Əminik ki, bu cür çirkin hərəkətlər Azərbaycan Ordusunun döyüş ruhunu qıra bilməyəcək, Azərbaycan xalqını qorxutmayacaq, müharibənin gedişini öz xeyrinə dəyişə bilməyəcək, əgər bu qeyri-insani hərəkətlərin məqsədi belə idisə.

Cənab Prezident, Siz dahi atanız və bütün Azərbaycan xalqının atası - Heydər Əliyevin işlərinin layiqli davamçısısınız.

İndi Azərbaycan xalqının qarşınıza qoyduğu tarixi vəzifənin - ölkənin ərazi bütövlüyünün bərpası üçün həlledici andır. Əminik ki, müdrik və uzaqgörən lider olaraq, bu missiyanı qardaş Azərbaycan xalqı naminə, bölgədə və dünyada sülhün və sabitliyin qorunması naminə, beynəlxalq hüquq və sivil vasitələr çərçivəsində danışıqlar yolu ilə layiqincə yerinə yetirməkdə uğur qazanacaqsınız. Ulu əcdadlarımız Manas Ata və Dədə Qorqudun ruhu bu nəcib işdə sizə kömək olsun".

9
Türkiyənin Hatay vilayətində İsgenderun rayon mərkəzində terror aktı

Türkiyədə terror aktı törədilib - partlayış anının dəhşət saçan görüntüləri

51
(Yenilənib 23:45 26.10.2020)
Türkiyənin Hatay vilayətinin İsgəndərun rayonunun mərkəzində yerləşən Fənər prospektində güclü partlayış baş verib.

BAKI, 26 oktyabr — Sputnik. Türkiyənin Hatay vilayətinin İsgəndərun rayonunun mərkəzində yerləşən Fənər prospektində güclü partlayış baş verib.

Sputnik Türkiyə xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan məlumat yayıb.

Vali deyib ki, İsgəndərunun mərkəzində Fənər küçəsində yerli vaxtla 20.30-da iki terrorçudan biri öz üzərinə bağladığı partlayıcı ilə birgə partlayış törədib və o, zərərsizləşdirilib. Digər terrorçunun isə axtarışı davam edir.

Hadisə yerinə çox sayda təhlükəsizlik, səhiyyə, fövqəladə hallar və hüquq-mühafizə işçiləri cəlb edilib.

Vali partlayışda ölənlərin olmadığını deyib. Hadisə zamanı biri polis olmaqla 3 nəfərin yaralandığı bildirilir.

51