Türkiyədən "Kürdüstan" məsələsində geri addım

© REUTERS / Umit BektasTIR sürücüləri, 25 Sentyabr 2017 tarixində Silopiyə yaxın Türkiyə-İraq sərhədindəki Habur sərhəd qapısında gözləyirlər
TIR sürücüləri, 25 Sentyabr 2017 tarixində Silopiyə yaxın Türkiyə-İraq sərhədindəki Habur sərhəd qapısında gözləyirlər - Sputnik Azərbaycan
Abunə olmaq
"Bizim üçün əsas olan ölkəmizin mənfəətidir, kürd muxtariyyətində iş görən türk şirkətlərinin 1.9 milyard dollar alacaqları var"

BAKI, 27 sentyabr — Sputnik. "İraqın şimalındakı Kürdüstan Muxtar Vilayətinə iqtisadi sanksiyalar tətbiq eləmək haqda düşünmək belə, çox təhlükəlidir". Sputnik Azərbaycan "Hürriyet"-ə istinadən xəbər verir ki, bunu Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybəkçi, jurnalistlərin gündəmə dair suallarını cavablandırarkən deyib.

"Ticarətlə, iqtisadiyyatla bağlı fəaliyyətlərimizi davam etdirəcəyik. Şimali İraqla ticarət davam etməlidir. Nazirlər Kabinetinin sonuncu iclasında da bu düşüncəmizin əksinə qərarlar qəbul edilmədi" — nazir bildirib.

"Bizim üçün əsas olan ölkəmizin mənfəətidir. Kürd muxtariyyətində iş görən türk şirkətlərinin 1.9 milyard dollar alacaqları var. Bunları görməzdən gələ bilmərik. Hələ ki, hökumətimiz regional rəhbərliyə qarşı qərarlar verməyib, ona görə də indiki məqamda ticari əlaqələri dondurmaq yanlışdır" — Nihad Zeybəkçi əlavə edib.

Xəbər lenti
0