Məsud Bərzani

Hökumət Bərzaniyə 3 gün möhlət verdi: əks halda...

152
(Yenilənib 22:39 26.09.2017)
İraq Kürd Regional Muxtariyyətinin ikitərəfli bütün beynəlxalq aviareyslərinə qadağan qoyulacaq

BAKI, 26 sentyabr — Sputnik. İraq hökuməti Kürdüstan Muxtariyyətinin beynəlxalq aləmə çıxışlarına qadağan qoymaq istəyir.

Belə ki, İraq baş naziri Heydər əl-İbadi sərhədə nəzarətin 3 gün ərzində Bağdada verilməməsi halında İraq Kürd Regional Muxtariyyətinin ikitərəfli bütün beynəlxalq aviareyslərinə qadağan qoyacaqlarını bəyan edib.

"Hava limanlarına nəzarəti 3 gün içində təhvil verin" — deyə əl-İbadi bildirib.

152
Yerevana mənzərə, arxiv şəkli

Ermənistanda daha bir nazir istefa verib

12
Xaçaryan 2018-ci ilin oktyabrında bu vəzifəyə təyin olunub. Xatırladaq ki, bundan əvvəl Ermənistanda bir neçə nazir vəzifəsindən uzaqlaşdırılıb.

BAKI, 24 noyabr — Sputnik. Ermənistanda daha bir nazir istefa verib.

Sputnik Ermənistan-ın məlumatına görə, ölkənin iqtisadiyyat naziri Tiqran Xaçatryan bir gün qabaq istefa ərizəsi yazıb.

Qeyd edək ki, T. Xaçaryan 2018-ci ilin oktyabrında bu vəzifəyə təyin olunub.

Xatırladaq ki, bundan əvvəl Ermənistanda bir neçə nazir vəzifəsindən uzaqlaşdırılıb.

12
Koronavirus testi, arxiv şəkli

Hansı amillər koronavirus testinin nəticəsinə təsir göstərə bilər?

16
"Pasiyent üç saat ərzində nə su içməli, nə siqaret çəkməli, nə də dişlərini fırçalamalıdır", –  virusoloq xəbərdarlıq edir.

BAKI, 24 noyabr — Sputnik. Mütəxəssislər koronavirus üçün test verərkən yanılma riskini azaltmaq üçün hansı qaydalara riayət etmək lazım gəldiyini açıqlayıblar. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla yaydığı məlumata görə, yüksək kateqoriyalı terapevt Tatyana Romanenko bildirib ki, koronavirus testini acqarına vermək və prosesdən əvvəl ağzı antiseptik məhlulla yaxalamaq lazımdır.

"Əgər burundan yaxma götürüləcəksə, bəzi qaydalara riayət etməyə ehtiyac var: yaxma burun keçidlərindən götürüldüyü üçün, məsələn, əgər pasiyent testdən əvvəl burnunu təmizləyibsə və ya yuyubsa, onda dəqiq nəticə əldə etmək mümkün deyil", – deyə mütəxəssis bildirib.

Rusiya Xalqlar Dostluğu Universitetinin Yoluxucu Xəstəliklər şöbəsinin müdiri Qalina Kojevnikova isə qeyd edib ki, pasiyentin başqa davranışları da testin nəticəsinin səhv olmasına gətirib çıxara bilər.

"Pasiyent üç saat ərzində nə su içməli, nə siqaret çəkməli, nə də dişlərini fırçalamalıdır", – deyə virusoloq xəbərdarlıq edib.

Biologiya elmləri doktoru, professor Aleksey Aqranovski isə bildirib ki, testin nəticəsinə nümunələrin özünün hazırlanma keyfiyyəti də təsir göstərə bilər.

16
Xəzər dənizi, arxiv şəkli

Xəzərdə zəlzələ olub

0
(Yenilənib 16:23 24.11.2020)
Xəzər dənizindəki zəlzələnin maqnitudası 3,2 bal, dərinliyi 62 km olub. Yeraltı təkanlar hiss olunmayıb

BAKI, 24 noyabr — Sputnik. Bu gün Xəzər dənizində zəlzələ olub. Sputnik Azərbaycan-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 14:11-də Xəzər dənizində qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,2, dərinliyi 62 km olub. Zəlzələ hiss olunmayıb.

0
Teqlər:
zəlzələ, Xəzər dənizi