İraqın şimalındakı Kürdüstan Muxtar Vilayəti

Kürdlərin referendumu bitdi, ilkin nəticələr açıqlandı

228
(Yenilənib 16:03 26.09.2017)
Səsvermədə 5,2 milyon insan iştirak edib

BAKI, 26 sentyabr — Sputnik. İraqın şimalındakı Kürdüstan Muxtar Vilayətində müstəqilliklə bağlı keçirilən referendum başa çatıb. Sputnik Türkiyə xəbər verir ki, səsvermə siyahısında 5,2 milyon insan olub və onların 78 faizi səs verib. Səsvermədə iştirak edənlərin 93,29 % referendumun lehinə, 6,71 % isə əleyhinə səs verib.

Nəticələr açıqlandıqdan sonra muxtar vilayətin rəhbərliyi açıqlama verərək, bütün etnik azlıqları qoruyacaqlarına söz verib. Rəsmi nəticələrin 3 gün içində elan ediləcəyi bildirilir.

Qeyd edək ki, İsrail istisna olmaqla, dünyanın heç bir dövləti İraqın şimalında keçirilən müstəqillik referendumunu tanımır.

228
Teqlər:
Kürdüstan Muxtar Vilayəti, müstəqillik, İraqın şimalı, referendum
Mövzu:
Separatçı referendumlar dalğası (38)
Əlaqədar
İraq Kürdüstanı rəhbərliyi geriyə addım atır?
Ankara və Tehrandan kürd muxtariyyətinə qarşı sərt qərar
Türkiyə kürdlərin referendumuna qarşı sözdən əmələ keçdi
ABŞ və Avropa İttifaqı "Kürdüstan"la bağlı mövqeyini ortaya qoydu
Rusiya kürdlərin müstəqillik tələbinə qarşı çıxdı
Türkiyə kürd muxtariyyətinə qarşı radikal addım ata bilər
Rusiya "Kürdüstan"a qarşı çıxdı
ABŞ-ın "kürd planı"na qarşı tarixi ittifaq