İraq parlamentinin iclası, arxiv şəkli

Parlamentin qərarı Kərkükün taleyini dəyişə bilər

35
(Yenilənib 17:40 25.09.2017)
İraq parlamentində Kərkükə hərbçilərin yerləşdirilməsi haqqında qərar qəbul olunub

BAKI, 25 sentyabr — Sputnik. İraq parlamenti Kərkükə hərbi qüvvələrin yerləşdirilməsi haqqında qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə İraq parlamentinin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Hakim Zamili sentyabrın 25-də keçirdiyi mətbuat konfransında bildirib.

“Parlament Kərkükdəki neft quyularının mərkəzi hakimiyyətin nəzarətinə verilməsi və “referendum”da səs verən dövlət məmurlarının işdən kənarlaşdırılması haqqında qərar qəbul edib” — o vurğulayıb.

Parlament vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə hökumətin Kərküklə yanaşı, mübahisəli başqa bölgələrə də hərbi qüvvə yeridilməsi haqqında qərar qəbul edib: “Parlament İraqın şimalındakı yerli hökumətin nəzarəti altında olan bütün sərhəd-keçid məntəqələrinin bağlanmasına dair də qərar qəbul edib”.

35
Teqlər:
İraq parlamenti, Hakim Zamili, Kərkük, İraq
Əlaqədar
Məsud Bərzani: "Artıq çox gecdir"
Kürdüstan lideri Məsud Bərzani PKK-nı sərt tənqid edib
Kürdüstanda Məsud Bərzanini əvəz edəcək lider tapılmır
İraqlı general Türkiyədə: Bərzaniyə qarşı birgə hücum planı
Bərzaniyə referendum xəbərdarlığı: məsələ hərbi yolla həll oluna bilər
Səma

Yaponiya səmasında qəribə obyekt göründü - VİDEO

11
(Yenilənib 15:24 29.11.2020)
Bazar gününə keçən gecə, təxminən 1:25-də kürə formasında odlu obyekt buludların arxasından yerə doğru hərəkət edib

BAKI, 29 noyabr - Sputnik. Yaponiya sakinlərini səmadakı qəribə obyekt təlaşa salıb.

Sputnik Azərbaycan Kyodo News-a istinadən bildirir ki, bazar gününə keçən gecə, təxminən 1:25-də kürə formasında odlu obyekt buludların arxasından yerə doğru hərəkət edib. Ölkənin qərbində və mərkəzi hissəsində müşahidə edilən obyektin parlaqlığını bədirlənmiş ayın işığına bənzədiblər.

Gifu prefektiruasındakı planetariumun direktoru Takeşi İnoue deyib ki, söhbət boliddən, yaxud "düşən ulduz"dan gedir. "Hesab edirik ki, bolidin partlayarkən saçdığı işıq bədirlənmiş Ayın işiğına bərabər idi", - o deyib. 

Şahidlərin çoxu deyib ki, bolidin düşməsi zamanı güclü uğultu da eşidiblər.

11
Teqlər:
ulduz, bolid, işıq, partlayış, obyekt, səma, Yaponiya
Aleksandr Myasnikov, arxiv şəkli

Məşhur həkim yenə qorxudur: "Fəlakətin bir addımlığındayıq"

20
(Yenilənib 15:25 29.11.2020)
"Virusoloqların sözləriylə desək, ciddi epidemiya bizdən bir-iki mutasiya aralıdır. Elə Çinin özündə müntəzəm olaraq quş və donuz qruplərinin mutasiyasını qeydə alırlar"

BAKI, 29 noyabr - Sputnik. Həkim və teleaparıcı Aleksandr Myasnikov dünyada yeni, ölüm göstəricisi yüksək olan pandemiyanın olacağı barədə xəbərdarlıq edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Myasnikov özünün Telegram kanalında yazıb.

 

Həkim qeyd edib ki, insanlar COVID-19 kimi epidemiyalara hazır deyillər. Üstəlik, onlara qarşı universal vaksin yoxdur.

"Əgər 35-40 faiz ölüm göstəricisi olan virus yayılsa, o cür vaksinin peyda olmasınadək on milyonlarla insan həlak olacaq. Dediyim odur ki, indi bütün alimlərin gücünü məhz bu cür vaksinin hazırlanmasına yönəltmək lazımdır! İstədikləri qədər pul və vəsaitlə təmin etmək lazımdır. Yoxsa sonra dəfələrlə baha başa gələcək", - o qeyd edib.

Myasnikov deyir ki, bəşəriyyət məhz qrip təhlükəsi altındadır - ya quş, ya da donuz.

"Virusoloqların sözləriylə desək, ciddi epidemiya bizdən bir-iki mutasiya aralıdır. Elə Çinin özündə müntəzəm olaraq quş və donuz qruplərinin mutasiyasını qeydə alırlar, fəlakətin bir addımlığındayıq!" - mütəxəssis yazıb.

20
Teqlər:
pandemiya, mutasiya, Çin, dünya, donuz qripi, Quş qripi, qrip, epidemiya
Yanğınsöndürənlər, arxiv şəkli

Zavodun tavanı ailələrin başına uçdu, maşınlar partladı - Xırdalanda qorxunc olay

0
Yaşayış sahələrinin vəziyyətinin qiymətləndirilməsindən sonra ailələrin burada yaşamağının təhlükəli olduğu məlum olub. Dövlət Komitəsi məcburi köçkünlərin kirayə mənzillərə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib

BAKI, 29 noyabr - Sputnik. Xırdalanda məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerində baş vermiş uçqunla bağlı məlumat yayılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 28-də Abşeron rayonunu, Xırdalan şəhərində keçmiş Yüngül Konstruksiyalar Zavodunda uçqun baş verib.

Hadisə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aidiyyəti şöbəsinin və yerli sektorunun nümayəndələri orada olub, ailələrin vəziyyəti ilə tanış olublar.

Yanğın baş verən ünvanda yaşayan 9 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

İlkin ehtimala görə, hadisə yağış sularının təsiri nəticəsində meydana gəlib. Belə ki, keçmiş zavodun beton tavanı uçaraq Kəlbəcər rayonundan məcburi köçkün Verdiyev Seymur Dilqəm oğluna məxsus "Mitsubishi" və Laçın rayonundan məcburi köçkün Məmmədov Taleh Zahid oğluna məxsus "Volkswagen" markalı iki avtomobilin üzərinə dağılıb. Nəticədə avtomobillərdə yanğınla müşahidə olunan partlayış baş verib. Yanğın dərhal söndürülüb.

Yaşayış sahələrinin vəziyyətinin qiymətləndirilməsindən sonra ailələrin burada yaşamağının təhlükəli olduğu məlum olub. Dövlət Komitəsi məcburi köçkünlərin kirayə mənzillərə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib.

Hazırda FHN-in mütəxəssisləri tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

0
Teqlər:
yanğın, partlayış, avtomobil, məcburi köçkünlər, bina, zavod, Xırdalan