BAKI, 25 sentyabr — Sputnik. Ermənistan ordusunda neqativ hallar barədə məlumatlar erməni sosial mediasında əsas müzakirə edilən mövzulardandır. Diqqəti cəlb edən məqamlardan biri isə erməni sosial şəbəkə istifadəçilərinin Ermənistan silahlı qüvvələrində baş verən bir çox hadisələrin ölkə rəhbərliyi və yuxarı komandanlığın tapşırıqlarına əsasən hərbi hissə komandirləri tərəfindən təşkil olunduğu barədə məlumatların yer almasıdır.
Sputnik Azərbaycan-ın Ermənistan KİV-nə istinadən verdiyi məlumata əsasən, erməni sosial mediasında hiddətlə müzakirə olunan növbəti məsələ Laura adlı Facebook istifadəçisinin qohumunun ağır yaralanması barədə etdiyi paylaşımdır. Onun sözlərinə görə, Madagizdə yerləşən hərbi hissədə xidmət edən qohumu Narek Zarqaryanla digər hərbi qulluqçu Yura Hakopyan döyüş postunda olan zaman post komandiri tərəfindən təhqirlərə və alçaldıcı hərəkətlərə məruz qalıblar. Komandirin bu hərəkətlərinə etiraz edən hərbi qulluqçular güllələnərək ağır bədən xəsarəti ilə hospitala təxliyə ediliblər. Hazırda hər ikisinin vəziyyəti ağırdır.
BAKI, 18 aprel - Sputnik. Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Ermənistan prezidenti Armen Sarkisyanın Tbilisiyə rəsmi səfəri çərçivəsində əl atdığı təxribata münasibət bildirib.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, diplomat Twitter hesabında Ağrı dağının Türkiyədə ən hündür dağ olduğunu yazıb.
F.C.Yazqan bu barədə məlumatı gürcü və erməni dillərində də əlavə edib: “Sadəcə əmin edirəm ki, faktlar karikaturistik diplomatiyada itmir”.
Qeyd edək ki, A.Sarkisyan Gürcüstanın prezident sarayının fəxri qonaqlar kitabında yazı ilə yanaşı Ağrı dağının konturları ilə rəsm də çəkib. Bu fakt Gürcüstan prezidenti Salome Zurabişvilinin həmin səhifənin fotoşəklini sosial şəbəkədə paylaşmasından sonra məlum olub.
Ermənistan prezidentinin bu hərəkəti Türkiyə ərazisinə iddia ilə yanaşı Gürcüstan-Türkiyə münasibətlərinə xələl gətirmək cəhdi kimi də qəbul olunub.
BAKI, 18 aprel - Sputnik. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun atası Malikqulu Berdimuhamedov 88 yaşında vəfat edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkmənistanın dövlət televiziyası məlumat yayıb.
Qeyd edək ki, M.Berdimuhamedov 1932-ci il avqustun 12-də anadan olub. O, 1982-ci ildə Daxili İşlər Nazirliyindən polis polkovnik-leytenantı rütbəsində ehtiyata buraxılıb. Türkmənistan DİN-in 1001 saylı hərbi hissəsinə və nazirliyin Aşqabaddakı yaşayış kompleksinə onun adı verilib.
BAKI, 18 aprel - Sputnik. Rəsmi Moskva Rusiya diplomatlarının Çexiyadan çıxarılmasına anoloji qərarla cavab verib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Çexiya Respublikasının Moskvadakı səfirliyinin 20 əməkdaşını “persona non qrata” elan edib.
Həmin şəxslər Rusiyanı 19 aprelə qədər tərk etməlidirlər.
Bundan əvvəl Çexiya respublikasının fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka rəsmi Praqanın rus diplomatları ölkədən çıxaracağı ilə bağlı bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bundan əvvəl RF diplomatiya idarəsində Çexiya hökumətinə sərt etiraz bildirilmiş və cavab tədbirlərinin görüləcəyinin anonsu verilmişdi.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Praqanın hərəkətlərində "Amerikanın izlərini görməmək olmaz".
Nazirlik diplomatların qovulması qərarının 2014-cü ildə Vrbetitsadaki hərbi anbarlarda baş verən partlayışda Rusiya xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı "əsassız və həqiqətdən uzaq bəhanələr"lə əlaqədar verildiyini qeyd edib.