Sensasion məktub üzə çıxdı - müdhiş sirr açıldı

CC0 / R. Halfpaap / LonelyМужчина в темноте, фото из архива
Мужчина в темноте, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məktubda olub-bitənlər nöqtə-vergülünə qədər qeyd edilib

BAKI, 25 sentyabr — Sputnik. Dünyanın yeddi möcüzəsindən olan Misir ehramlarının nə cür ərsəyə gəldiyi haqda yeni, maraqlı fakt üzə çıxıb. Misirli arxeoloqlar aşkar ediblər ki, piramidaların inşası üçün istifadə olunan 170 min ton qaya Nil çayı üzərindən, süni kanaldan keçməklə, qayıqlarla 800 km daşınıb.

Sputnik Türkiyə xəbər verir ki, bu günə qədər, piramidalar üçün istifadə edilən qayaların necə daşındığı haqda fərqli nəzəriyyələr var idi. Hətta belə bir iddia var idi ki, bu, insan işi deyil, yad planetlilərin yardımı olmadan bu ehramlar ərsəyə gələ bilməzdi.

© AP Photo / Hassan AmmarMisir ehramları
Misir ehramları - Sputnik Azərbaycan
Misir ehramları

Ancaq son olaraq, alimlərin qazıntı zamanı aşkar elədikləri məktub bütün gerçəkləri gün üzünə çıxarıb. 3 min il əvvələ aid olduğu bildirilən məktubu yazan şəxs, piramidaların tikintisində iştirak edən Merer adlı misirlidir. O, tikintidə istifadə olunan qayaların nə cür və hansı yollarla gətirildiyini nöqtə-vergülünə qədər qeyd edib.

Merer yazır ki, ehramların ərsəyə gətirilməsi üçün istifadə olunan qayalar Nil çayını keçməklə, süni kanallarla kiçik qayıqlara yüklənərək gətirilib. Həm də 800 km uzaq məsafədən.

Misir alimlərinin kəşfinə dünyaca məşhur arxeoloq Mark Lehner də münasibət bildirib. O, bu kəşfdə doğruluq payının yüksək ola biləcəyini söyləyib.

Xəbər lenti
0