BAKI, 25 sentyabr — Sputnik. İraqın şimalındakı kürd muxtariyyətinin bu gün müstəqillik referendumu keçirməsinə Türkiyədən ilk sanksiya gəlib. Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, Türkiyə İraqla sərhəddəki Habur sərhəd keçid məntəqəsini bağlayıb.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda deyilir: "Türkiyə, İraqın şimalındakı Kürdüstan Muxtar Vilayətinin referendum keçirəcəyi halda, ağır nəticələri olacağını öncədən bildirmişdi. Biz onları dəfələrlə xəbərdar etmişdik".
Digər tərəfdən, Türkiyə Silahlı Qüvvələrinin İraqla sərhəddə hərbi təlimləri davam edir. Ordunun hər an İraqa əməliyyat başlada biləcəyi bildirilir.
BAKI, 9 mart - Sputnik. Gürcüstanın Martvili şəhərindəki Çkondid yeparxiyasında baş verən dava zamanı on nəfər eyvandan yıxılıb, onlardan altısı xəsarət alıb.
Sputnik Gürcüstan xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi hadisəni araşdırmağa başlayıb.
Məlumata görə, yeni hakim mitropolit Stefanın sədrliyi ilə keçirilən qapalı iclasda ruhanilər arasında yaranmış mübahisə dava ilə bitib.
Çkondid və Martvilinin yeni mitropoliti Stefan ata keçmiş mitropolitin tərəfdarı olan iki dyakonun ibadət etməsini qadağan edib.
Bundan sonra yeparxiya xadimləri arasında qarşıdurma yaranıb. Kilsə və pastva xadimləri münasibətlərə aydınlıq gətirmək istəyiblər. Qarşıdurma binanın ikinci mərtəbəsinin eyvanında davam edib. Nəticədə taxta dirəklər sınıb və oradakılar yerə yıxılıb. Xəsarət alanların arasında Gürcüstanın Formula-1, POSTV, TV Pirveli, Rustavi 2 telekanallarının jurnalistləri və operatorları da olub.
Xəsarət alanlar təcili yardım briqaları tərəfindən xəstəxanaya aparılıb. Gürcüstan Patriarxlığı hələlik Çkondid yeparxiyasında baş verənləri şərh etməyib.
Gürcüstanın Daxili İşlər Nazirliyi Martvili rayonundakı Çkondid yeparxiyasında baş verən dava faktı ilə bağlı cinayət işi qaldırıb. "Ehtiyatsızlıqdan sağlamlığa zərər vurma" maddəsi üzrə təhqiqat aparılır. Gürcüstan qanunvericiliyinə görə, bu maddə özündə inzibati cərimələri və yaxud iki ilə qədər islah işlərini nəzərdə tutur.
BAKI, 8 mart - Sputnik. Türkiyənin məşhur aktyoru, Azərbaycanda da öz rolları ilə çox sevilən Rasim Öztəkin infarkdan müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Sputnik Türkiyə xəbər verir ki, Öztəkin, infakt keçirdikdən sonra Doktor Siyami Ersek Sinə, Ürək və Damar Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) March 8, 2021
Öztəkinin vəziyyəti ilə bağlı bir qədər əvvəl mətbuata açıqlama verən həkimi, professor Cevdet Uğur "xəstənin həyati təhlükəsi var və vəziyyəti ağır olaraq qalır" demişdi.
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca isə Öztəkinin vəfat etdiyini bildirib. O, sosial media hesabında "edilən bütün müdaxilələrə baxmayaraq, Rasim Öztəkin həyatdan köçüb", - yazıb.
"Serial, teatr və kino aktyoru Rasim Öztəkin, keçirdiyi infarktdan sonra Doktor Siyami Ersek Sinə, Ürək və Damar Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanasında edilən bütün müdaxilələrə baxmayaraq, dünyasını dəyişib. O, televiziyanın olduğu hər bir evdə ailədən biri idi. Başımız sağ olsun", - nazir yazıb.
— Sputnik Türkiye (@sputnik_TR) March 8, 2021
Qeyd edək ki, Rasim Öztəkin Azərbaycan izləyicisinə "Səksənlər", "Geniş ailə" teleseriallarından, "Kabadayı", "Mandıra filosofu" və digər filmlərindən tanış idi.
O, 14 yanvar 1959-cu ildə İstanbulda anadan olmuşdu.