Almaniyada parlament seçkiləri

Seçkilər hakim partiyanın qələbəsi ilə başa çatdı

67
Almaniyada federal məclisə seçkilər Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı alyansının qələbəsilə başa çatıb

BAKI, 24 sentyabr — Sputnik. Almaniyada federal məclisə seçkilər Kansler Angela Merkelin başçılıq etdiyi Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı alyansının qələbəsilə başa çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, alyans seçkilərdə 32,5 faiz səs toplayıb. Onun əsas rəqibi Alman sosial-demokratları isə seçicilərin yalnız 20 faizinin dəstəyini qazana bilib.

Qeyd edək ki, seçkilərdə təxminən 61,5 milyon alman iştirak edib. Onların səsi uğrunda 42 partiya mübarizə aparıb.

67
Teqlər:
seçkilər, Alman sosial-demokratları, Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı, Angela Merkel, Almaniya
Əlaqədar
Sabah Almaniya üçün həlledici gündür
Almaniya Türkiyədən nə istəyir?
Almaniyada Azərbaycan futbol klubu yaradılıb
Türkiyədə daha iki Almaniya vətəndaşı həbs olunub
Bakıda Zəfər paradı

Ərdoğan Qarabağ Zəfəri Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib

157
(Yenilənib 16:38 02.03.2021)
Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Qarabağ Zəfəri, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında film və serialların çəkilməsi Azərbaycan və Türkiyə dostluq və qardaşlığının simvolu olacaq.

BAKI, 2 mart — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib.

"Cənab Prezidentimizin tapşırığı ilə Qarabağ Zəfəri ilə yanaşı, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında Türkiyə və Azərbaycan birgə serial və film layihələri həyata keçirəcək".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun söyləyib.

O bildirib ki, bu cür layihələrin həm milli, həm də dünya miqyasında mətbuat və rəqəmsal platformalarda yer alması təmin ediləcək: "Həmin layihələrdə tarix və ideallarımızın birliyini ən güclü şəkildə vurğulayacağıq. Serial və film sektorlarımızın birlikdə işləməsi və təcrübələrini paylaşması çox önəmlidir".

Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Qarabağ Zəfəri, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında film və serialların çəkilməsi Azərbaycan və Türkiyə dostluq və qardaşlığın simvolu olacaq.

157
 Armen Sarkisyan, arxiv şəkli

Ermənistan prezidenti Paşinyanı yenə saymadı, məhkəməyə müraciət etdi

147
(Yenilənib 16:24 02.03.2021)
Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər.

BAKI, 2 mart — Sputnik. Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi barədə qərarı imzalamaqdan imtina edib. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Bildirilir ki, Sarkisyan bu qərarın özünün deyil, hələ 2018-ci ildə "Hərbi xidmət və hərbçilərin statusu" haqqında edilən dəyişikliklərin Konstitusiyaya uyğunluğunu nəzərdən keçirməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Yəni Konstitusiyaya görə, qərar avtomatik qüvvəyə minəcək.

Qeyd edək ki, fevralın 25-i Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və Onik Qasparyanın tutduğu vəzifədən azad olunması barədə qərar verib.

Bundan sonra Ermənistan Prezidenti Armen Sarkisyan bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Onik Qasparyanın işdən çıxarılması barədə qərarı imzalamayıb və onu geri, baş nazir Nikol Paşinyana göndərib.

Bundan sonra Paşinyan imzalaması üçün ölkə prezidentinə yeni qərar göndərib.

 

147
Teqlər:
Konstitusiya Məhkəməsi, prezident, Nikol Paşinyan, istefa, Baş Qərargah rəisi, Ermənistan
Ehtiyatda olan hərbiçilərin cəbhəyə yolanması, arxiv şəkli

İlham Əliyev hərbi xidmətlə bağlı sərəncam imzalayıb

0
(Yenilənib 18:37 02.03.2021)
Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalanıb.

BAKI, 2 mart - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

2020-ci il oktyabrın 30-dək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılırlar.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməlidir.

0
Teqlər:
Prezident İlham Əliyev, prezident İlham Əliyev, İlham Əliyev