B-1B bombardmançıları

ABŞ hərbi təyyarələri Şimali Koreya sərhədlərinə yaxınlaşdı

492
(Yenilənib 23:41 23.09.2017)
ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus B-1B bombardmançı təyyarələri Şimali Koreyanın şərq sərhədlərinə bitişik əsgərlərdən azad edilmiş bölgənin lap yaxınlığından keçiblər.

BAKI, 23 sentyabr — Sputnik. ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus B-1B bombardmançı təyyarələri Şimali Koreyanın şərq sərhədlərinə bitişik əsgərlərdən azad edilmiş bölgənin lap yaxınlığından keçiblər.

Sputnik Türkiyə Reuters-ə istinadla xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentagon) məlumatına görə,B-1B bombardmançı təyyarələri Şimali Koreyanın şərq sərhədlərinə bitişik əsgərlərdən azad edilmiş bölgəyə bu əsrdə heç yaxınlaşmadıqları qədər yaxınlaşıblar.

Uçuşun ABŞ-ın hərbi imkanlarını nümayiş etdirmək məqsədilə həyata keçirildiyi bildirilib.

Pentagon məsələylə bağlı bildirib ki, sözügedən uçuşlar ABŞ prezidenti Donald Trampın əlində hər cür hədəyə cavab vermək üçün bir çox hərbi rıçaqlarının olduğuna dair mesajının arxasında dayanan gücü göstərmək məqsədilə reallaşdırılıb.

Açıqlamada həmçinin deyilir: "Birləşmiş Ştatlar və müttəfiqlərimizi müdafiə etmək üçün hər bir hərbi imkanımızdan istifadə etməyə hazırıq."

492
Teqlər:
B-1B bombardmançı təyyarələri, hərbi təyyarə, müharibə, Pentagon, Hərbi-Hava Qüvvələri, Şimali Koreya, ABŞ
Əlaqədar
Şimali Koreya səfiri ölkədən qovulur
Putindən sərt xəbərdarlıq: "Şimali Koreya ilə müharibə dünya üçün fəlakət olar"
Şimali Koreya ABŞ-a hədiyyələr göndərəcək
"Koreya xalqı bu axmaq adamdan canını qurtarmasa..."
Şimali Koreya 3 ballistik raket atıb, heç bir hədəfə çatmayıb