BAKI, 23 sentyabr — Sputnik. İraq kürd muxtariyyətinin müstəqilliyinə dair referendum rəsmən başlayıb. Referendumda ilk səsvermə elektron olaraq Çindən gəlib.
Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, sentyabrın 25-də keçirilməsi planlaşdırılan müstəqillik referendumunda ilk səsvermənin keçirildiyi açıqlanıb.
Kürdüstan bölgəsi Ali Seçki və Referendum Şurasının nümayəndəsi Karvan Cəlal bugündən etibarən xaricdə yaşayanların elektron səsvermədən istifadə edə biləcəyini açıqlayıb. K.Cəlal saat fərqi ilə əlaqədar Çindəki iraqlı kürdlər arasında elektron səsvermənin başladığını, referendumda ilk səsin Çində verilmiş olduğunu söyləyib.
Bəzi ölkələr referendumun iki il müddətinə təxirə salınmasını tələb edirlər. Məsud Bərzani referendumun təxirə salınması üçün artıq çox gec olduğunu və bunun keçiriləcəyini söyləyib.
Türkiyə və İran referendumun keçirilməsinə qarşıdır. Ankaradan verilən açıqlamalarda referendumun tarixi bir səhv olacağı və yalnız regional deyil, qlobal bir böhrana səbəb olacağı ilə bağlı xəbərdarlıqlar edilir.
BAKI, 2 mart — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 172 456-ya çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 240 nəfər artıb.
Ermənistanda son gündə daha 5 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3 200-ə çatıb. Xəstəlikdən sağalanların sayı 163 738 nəfər olub. Hazırda bu ölkədə 4 700 nəfər xəstəxanada müalicə alır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114,4 milyonu keçib, 2,53 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 2 mart — Sputnik. Ermənistan Qarabağ müharibəsi zamanı raket sistemlərindən Azərbaycan şəhərlərini vurmaq üçün istifadə edib. Beynəlxalq hüquq baxımından bu, hərbi cinayətdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko "Sputnik"də canlı yayım zamanı bildirib.
"Çoxları deyirlər ki, müharibə zamanı bu və ya digər tərəf bir-birlərinin mülki obyektlərini vurub. Lakin burada çox önəmli nüans var. Əməliyyatlar döyüş zonasında gedən zaman vəziyyətdən asılı olaraq bu və ya digər silah sisteminin tətbiq edilməsi barədə qərar hərbi hissə və bölüyün komandiri tərəfindən verilir. Ona görə də bu vaxt döyüş əməliyyatları zonasında mülki obyektlərin vurulmasını istisna etmək olmaz", - deyə Koretçenko qeyd edib.
Rusiyalı ekspert vurğulayıb ki, raket sistemlərinə, xüsusilə operativ-taktiki sistemlərinə gəldikdə isə bunun üçün ölkə rəhbərliyinin razılığı lazımdır: "Bundan sonra hərbçilər uçuş tapşırığını hazırlayırlar. Bu uçuş tapşırığı raketin kompüterinə daxil edilir, hazırlıq görülür və raket buraxılır. Buna görə də Ermənistan tərəfindən Azərbaycana raket zərbələri vurulan zaman yaradılan uçuş tapşırıqlarının hərbi obyektləri deyil, məhz şəhərləri vurması nəzərdə tutulurdu. Nəzərə alsaq ki, müasir raket kompleksi hədəfə dəydiyi zaman böyük dağıntılara səbəb olur, Azərbaycanın iki şəhərinə Ermənistanın operativ taktiki raketlərlə hücum etməsi müharibə cinayətidir. Bu aksiyaların heç bir bəraəti ola bilməz".