Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan, arxiv şəkli

Ərdoğandan tarixi səfər

154
(Yenilənib 14:17 24.09.2017)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfərinin tarixi açıqlanıb

BAKI, 23 sentyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfərinin tarixi açıqlanıb.

Sputnik Azərbaycan "Hurriyet"ə istinadən xəbər verir ki, səfər oktyabrın 4-də baş tutacaq.

Ərdoğanın İran prezidenti Həsən Ruhani ilə görüşməsi gözlənilir.

154
Teqlər:
Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani, İran, Türkiyə
Əlaqədar
İran İsrailin bu tarixdə məhv ediləcəyini bəyan etdi
İran prezidenti Trampı hədələdi: "Bunun hesabı ağır olacaq"
"Türkiyə və İran Suriyanı dərhal tərk etməlidir"
"İran İsraili yox etmək istəyir"
Favipiravir preparatı

Həyatınızla eksperiment aparmayın - Koronavirusu müalicə "edən" dərman təhlükəli çıxdı

0
(Yenilənib 19:07 10.07.2020)
Yaponiyada "Favipiravir" kliniki testlərdən keçirilib və onun koronavirusun müalicəsində effektiv olmadığı sübut olunub. Rusiya Səhiyyə Nazirliyi "Avifavir"-i mayın 30-u təsdiqləyib.

BAKI, 10 iyul — Sputnik. Rusiya Səhiyyə Nazirliyi tərəfindən koronavirusun müalicəsi üçün təsdiqlənən "Avifavir"in hamilə qadınlar üçün təhlükəli olduğu məlum olub. Sputnik Azərbaycan "Lenta.ru"-ya istinadən xəbər ki, bunu Qameli adına epidemiologiya və mikrobiologiya üzrə elmi-tədqiqat mərkəzinin direktoru Anatoli Altşeyn bildirib.

O, qeyd edib ki, daha əvvəl bu preparat yuxu dərmanı kimi istifadə olunub və genetik qüsurlu uşaqların doğulmasına səbəb olurdu.

Altşeyn bildirib ki, bu preparat Yaponiya istehsalı olan "Favripiravir"dən sintez olunub. Yaponiyada istehsal olunan və digər ölkələrə göndərilən dərman isə effektiv olmayıb: "Həmin dərman sintez olunub və digər adlarla buraxılıb. Bu dərman hamilə xanımlar üçün çox təhlükəlidir O, 60-cı illərdə yuxu dərmanı kimi tətbiq olunan talidomidə bənzəyir.

O, əlavə edib ki, Yaponiyada "Favipiravir" kliniki testlərdən keçirilib və onun koronavirusun müalicəsində effektiv olmadığı sübut olunub. Bu nəticələr Rusiyada da nəzərə alınmalıdır.

"Qovorit Moskva" radiostansiyası ilə qeyd edir ki, Yaponiya hökuməti bu dərmanı qrip epidemiyası üçün saxlayır və əlavə təsirlərlə bağlı açıq bazara çıxarmır.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi "Avifavir"-i mayın 30-u təsdiqləyib. Qeyd olunur ki, bu preparat Ebola hemorragik qızdırmasının müalicəsində istifadə olunub.

0
İstanbuldakı Müqəddəs Sofiya kilsəsi (Ayasofya)

İstanbuldakı tarixi kilsəyə rəsmən məscid statusu verilib

348
(Yenilənib 17:42 10.07.2020)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Müqəddəs Sofiya kilsəsinin muzey statusunun dəyişdirilərək məscid edilməsinə qərar verib

BAKI, 10 iyul — Sputnik. İstanbuldakı Müqəddəs Sofiya kilsəsi (Ayasofya) yenidən rəsmi olaraq məscid statusu alıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Reuters məlumat yayıb.

1934-cü ildə məhkəmə Türkiyə Nazirlər Kabinetinin Ayasofyanı məscid etmək qərarını qanunsuz sayaraq ləğv edib. O vaxt tarixi pravoslav kilsəsi muzey statusu alıb.

Türkiyəli jurnalistlər bir gün əvvəl kilsə ilə bağlı qərarın iyulun 10-da səsləndiriləcəyini açıqlamışdılar.

Bundan əvvəl Rusiya Dövlət Dumasının deputatları Türkiyənin Böyük Millət Məclisinə bu məsələ ilə bağlı müraciət layihəsini açıqlayıblar. Deputatların fikrincə, kilsənin statusunun dəyişdirilməsi Rusiya vətəndaşları üçün həssas məsələdir. Onlar türk hökumətini "dünya miqyaslı muzey statusunun tələm-tələsik dəyişdirilməsi" nəticəsində dəyə biləcək zərərin qarşısını almağa çağırıblar.

İyunun 5-də Prezident Rəcəb Tayyib Ərdoğan öz köməkçilərinə Müqəddəs Sofiya kilsəsini rəsmən məscidə çevirmək üçün hazırlıqlara başlamaq məqsədilə araşdırma aparmağı tapşırıb. İyulun 2-də Türkiyə Ali Məhkəməsi qərara alıb ki, İstanbuldakı Müqəddəs Sofiya kilsəsinin statusu ölkə Prezidentinin fərmanı ilə dəyişdirilə bilər.

Sofiya kilsəsi eramızın VI əsrində imperator Yustinianın əmri ilə inşa edilib. Türklər Konstantinopolu tutandan sonra onu məscid ediblər. Lakin 1935-ci ildə Ayasofyaya Prezident Mustafa Kamal Atatürk tərəfindən muzey statusu verilib.

348