Londonun Parlament meydanında Britaniya İttifaqının və Aİ-nin bayraqları

Böyük Britaniya Avropa İttifaqından ayrılmanın dəqiq tarixini açıqladı

30
Böyük Britaniyanın baş naziri Theresa May 2019-cu ilin mart ayında ölkəsinin Avropa İttifaqı üzvlüyünün tamamilə başa çatacağını açıqlayıb

BAKI, 23 sentyabr — Sputnik. Böyük Britaniyanın baş naziri Tereza Mey 2019-cu ilin mart ayında ölkəsinin Avropa İttifaqı üzvlüyünün tamamilə başa çatacağını açıqlayıb.

Sputnik Azərbaycan "Sabah"a istinadla xəbər verir ki, Böyük Britaniyanın baş naziri "Brexit" müzakirələrinin çətin keçdiyini, lakin, əhəmiyyətli bir irəliləyiş əldə etdiklərini söyləyib. O, Avropa İttifaqı üzvlüyünün dəqiq olaraq 2019-cu ilin mart ayında sona çatacağını bildirib.

Baş nazir "Brexit"dən sonra Böyük Britaniyada Avropa İttifaqı vətəndaşlarının hüquqlarını qanunlarla təmin edəcəyini söyləyib.

30
Teqlər:
Avropa İttifaqı, Tereza Mey, Böyük Britaniya
Əlaqədar
Brexit — alman mərkəzli iqtisadi sistemdən ayrılma cəhdi
"Brexit" prosesi gələn il martın sonunadək başlayacaq
Donald Tusk: Brexit prosesi 2017-ci ilin əvvəllərində başlaya bilər
Britaniyalılar "Brexit"dən ziyan görməyiblər