İraq kürd muxtar regionunun rəhbəri Məsud Bərzani

Məsud Bərzani: "Artıq çox gecdir"

123
(Yenilənib 13:22 24.09.2017)
İraq kürd muxtar regionunun rəhbəri Məsud Bərzani 3 gün sonra keçirilməsi planlaşdırılan müstəqillik referendumunun təxirə salınması üçün vaxtın qalmadığını, artıq çox gec olduğunu söyləyib

BAKI, 23 sentyabr — Sputnik. İraq kürd muxtar regionunun rəhbəri Məsud Bərzani 3 gün sonra keçirilməsi planlaşdırılan müstəqillik referendumunun təxirə salınması üçün vaxtın qalmadığını, artıq çox gec olduğunu söyləyib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Bərzani Erbil şəhərindəki son "referenduma bəli" mitinqində etdiyi çıxışında referendumun təxirə salınması üçün təzyiqlərə məruz qaldıqlarını deyib: "Biz müvəffəqiyyətsizliyə uğrayan keçmişə dönməyəcəyik. Görüşlərə ancaq 25 sentyabrdan sonra hazırıq. Artıq çox gecdir və referendumun təxirə salınması üçün vaxt yoxdur".

Bərzani 25 sentyabrdan sonra sərhəd, neft, təbii qaz və mübahisəli bölgələr mövzusunda danışıqlara açıq olacaqlarını bildirib.

Daha öncə İraq baş naziri Heydər əl İbadi tək tərəfli referendum qərarının konstitusiyaya tərs olduğunu söyləyərək nəticəsini tanımayacaklarını söyləmişdi.

ABŞ isə referendum qərarının çox təhlükəli olduğunu və bunun dərhal ləğv edilməsini istəmişdi.

123
Əlaqədar
Soltan: "İraqın şimalında keçiriləcək “referendum”dan sonra vəziyyət ürəkaçan olmayacaq"
İraq Ali Məhkəməsi "referendum"a yox dedi
Türkiyədə referendum qızğın siyasi mübahisələrə səbəb olub
Rusiyadan Türkiyəyə referendum açıqlaması
İlham Əliyev: "Bu referendum Türkiyə tarixində yeni mərhələnin başlanğıcı olacaq"
COVİD-19 xəstənin transpartirovkası, arxiv şəkli

Bəlanın başladığı yerdə sonuncu pasiyentlər xəstəxanadan buraxıldı

8
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında məhz Çinin Uhan şəhərində yayılmağa başlayıb.

BAKI, 5 iyun — Sputnik. Çinin Uhan şəhərində yeni növ koronavirusa yoluxan son üç pasiyent də xəstəxanadan evə buraxılıb. Bununla da şəhərdə daha aktiv xəstə qalmayıb. Bu barədə Sputnik Azərbaycan "Sinxua" agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, ümumiyyətlə bütün Hubey vilayətində xəstə qalmayıb. Vilayətdə iyunun 5-i simptomlu və simptomsuz xəstəlik keçirən qalmayıb.

Bundan əlavə, xəstəliyi simptomsuz keçirən daha 28 nəfər isə karantindən evə buraxılıb. Xəstəliyi simptomsuz keçirən daha 217 nəfər isə izolyasiyada qalır.

Qeyd edək ki, iyunun 1-dən koronavirusun başladığı Uhanda yeni yoluxma halları qeydə alınmayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 6,6 milyonu keçib, 391 mindən çox adam isə virus səbəbilə ölüb.

8
COVİD-19 xəstəsi, arxiv şəkli

Bir gündə 596 nəfər koronavirusa yoluxdu

13
Ermənistan Respublikasında son gündə daha 7 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 183-ə çatıb.

BAKI, 5 iyun — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 11817-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 596 nəfər artıb.

Ermənistanda son gündə daha 7 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 183-ə çatıb. Xəstəlikdən sağalanların sayı 3513 olub. Hazırda bu ölkədə olan 8052 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 5 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 805-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,6 milyonu keçib, 391 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

13
Bakıda mağazada növbə

Bakı əhalisi sanki "Leninqradın blokadası"na hazırlaşır - Üzücü görüntülər

18
(Yenilənib 16:39 05.06.2020)
Alıcılar arasında tibbi maskası olanlarla yanaşı, maskasız növbə gözləyənlər də çox idi. Ən böyük təhlükə isə kassaların qarşısında sosial məsafə tələbinə əməl olunmamasında idi.

Zülfiiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 iyun — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən həftəsonu sərt karantin rejimi tətbiq olunacaq. Şənbə və bazar günləri evdən çıxmaq qadağası ilə yanaşı ticarət obyektləri, apteklər, hətta ərzaq dükanları belə bağlı olacaq.  Bu qərardan sonra əhalinin marketlərə axını müşahidə olunub. Dünən gecə saatlarına qədər əhali iki günlük ərzaq tədarükünü təmin etmək üçün mağazalara üz tutub.

© Sputnik / Zulfiyya Guluyeva.
Bakıda mağazada boş çörək piştaxtaları

Sputnik Azərbaycan-ın məlumatına görə, ərzaq dükanlarında, iri supermarketlərdə qələbəlik bu gün də davam edib. Marketlərin kassalarının qarşısında uzun növbə müşahidə olunub. Bayılda yerləşən "Araz" marketdə də anoloji vəziyyət müşahidə olunurdu. Marketdə alıcı əlindən tərpənmək mümkün deyildi. Vitrinlər boşaldıqca doldurulur, tələbatın artması marketdə çalışan satıcıları da əldən salmışdı. Satıcılarla söhbət zamanı öyrəndik ki, dünən saat 20:00-dan sonra marketdə sözün əsl mənasında qələbəlik yaşanıb. Alıcıların un, çörək, şəkər tozuna tələbatı artdığından bu məhsullar anbarda da qurtarıb. Elə çörəyə tələbatın artması marketin boş qalmış çörək vitrinlərindən də bəlli olurdu. Marketin içərisində yerləşən "Xonça" təndir sexindən isə bu gün səhər saatlarından çörəyə tələbatın kəskin artdığını söylədilər: "Təndirimiz demək olar ki, soyumayıb. Səhərdən təndirə yapdığımız çörəklər el dili ilə desək taraş edilir. Çörəyi yapıb çatdıra bilmirik".

© Sputnik / Zulfiyya Guluyeva.
Bakıda mağazalarda vəziyyət

Marketdə ət və süd məhsullarına, eləcə də meyvə tərəvəzə də tələbat kəskin artmışdı. İki günlük evdən çıxma və marketlərin fəaliyyətinə qadağa qərarı sözün əsl mənasında insanları xofa salmışdı. Hətta müşahidələr zamanı, soğan, kartof kimi məhsulları kisə ilə alanlara da rast gəldik. Bu səbəbdən də marketin kassasında uzun növbə yaranmışdı. Alıcılar arasında tibbi maskası olanlarla yanaşı, maskasız növbə gözləyənlər də çox idi. Ən böyük təhlükə isə kassaların qarşısında sosial məsafə tələbinə əməl olunmamasında idi. Koronavirus təhlükəsi ilə əlaqədar iki günlük evdən çıxmağa qadağa qərarı insanların ərzaq mağazalarına kütləvi axını ilə nəticələnmişdi. Eyni vəziyyət meyvə tərəvəz dükanlarında da müşahidə olunurdu. Apteklərdə isə elə ciddi sıxlıq müşahidə olunmurdu. "Sabah" aptekin əczazçısı bildirdi ki, gündəlik qaydada dərman satışı davam edir: "Ancaq həyatı təhlükəli xəstəlikləri olan ürək qan-damar xəstəliyindən əziyyət çəkənlər, şəkər xəstələri lazım olan dərmanları alırlar".

  • Bakıda mağazada növbə
    © Sputnik / Zulfiyya Guluyeva.
  • Bakıda mağazada növbə
    © Sputnik / Irade JELIL
  • Bakıda mağazada növbə
    © Sputnik / Zulfiyya Guluyeva.
1 / 3
© Sputnik / Zulfiyya Guluyeva.
Bakıda mağazada növbə

Apardığımız müşahidələr zamanı iki günlük qadağanın əsasən ərzaq mağazalarında sıxlığa səbəb olduğu üzə çıxdı. Alış-veriş edib evinə qayıdan Səbail rayonu Bayıl sakini Pərvaz Kərimov  və Mətləb Həsənov isə mağazalarda sıxlıq olduğundan evə bir sıra zəruri ərzaqları almadıqlarını söylədilər: "İki günlük qadağa qərarı verdilər ki, şənbə və bazar günü koronavirusa yoluxma olmasın. Amma bu gün mağazalardakı basabasda adam nəinki koronavirusa, hər cür virusa yoluxa bilər. Evə un, şəkər tozu ala bilmədik. Çünki marketdə də qurtarmışdı. İnsanlar soğanı, kartofu kisə ilə alırdılar. Heç kəs sosial məsafə saxlamırdı. Kassalarda hamı bir-birinin az qala ağzının içinə girmişdi. Ödənişi etmək üçün 20 dəqiqə kassada gözləmişəm. 20 dəqiqəyə o qədər adamın içində adam hər cür virusa yoluxar. Camaatın çoxunun maskası yox idi. Bir sözlə marketlər ancaq öz ciblərini düşünüblər".

Mətləb Həsənov isə marketlərə axının süni qiymət artımına səbəb olduğunu söylədi. Yağın qiymətini 1 manata qədər bahalaşdırıblar. Pendirin, kəsmiyin də qiymətində artım var idi. Bir sözlə bu qərardan ancaq ərzaq mağazaları qazandı.

18