ABŞ bayrağı. Arxiv şəkli

Səyahət qadağasının vaxtı uzadıldı

25
(Yenilənib 00:43 24.09.2017)
Donald Tramp İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasına qoyulan qadağanın vaxtını uzadıb

BAKI, 23 sentyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasına qoyulan qadağanın vaxtını uzadıb.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Ağ Evin mənbələrinə görə, Tramp administrasiyası gələcək həftə bu ölkələrin vətəndaşlarının ABŞ vətəndaşlığını ləğv edə biləcək. Bundan başqa, bu ölkənin vətəndaşlarını deportasiya etmək kimi ağır sanksiyalar tətbiq edilə bilər.

ABŞ-a 90 günlük səyahət məhdudiyyəti bazar günü başa çatır və Tramp administrasiyasının yeni sanksiyalar tətbiq edəcəyi gözlənilir.

Xatırladaq ki, yanvarın 27-də Donald Tramp İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb.

25
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putin Paşinyanla görüşməkdən imtina etdi

0
(Yenilənib 18:09 30.11.2020)
Məlumatda qeyd olunur ki, səfərin ləğv olunmasına səbəb baş nazirin Rusiya rəhbərliyi ilə yüksək səviyyədə görüşə dair razılığın əldə olunmaması olub.

BAKI, 30 noyabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri təxirə salınıb. Bu barədə Spuntik Azərbaycan "News.am"-a istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, səfərin ləğv olunmasına səbəb baş nazirin Rusiya rəhbərliyi ilə yüksək səviyyədə görüşünə dair razılığın əldə olunmaması olub.

"Ermənistanın Paşinyan – Putin görüşünü təşkil etmək cəhdləri iflasa uğrayıb. Ermənistan baş nazirinin protokol rəhbəri geri – Yerevana çağırılıb", - deyə məlumatda bildirilir.

 

0
Teqlər:
imtina, görüş, Nikol Paşinyan, Vladimir Putin, Ermənistan, Rusiya
Hadisə yerində

İran nüvə alimini öldürənləri müəyyənləşdirdiklərini bəyan etdi

7
(Yenilənib 17:24 30.11.2020)
Bu elektron avadanlığın istifadə olunduğu çətin əməliyyat idi. Hadisə yerində heç kim olmayıb, lakin ipucları var.

BAKI, 30 noyabr — Sputnik. İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının Baş katibi Əli Şamhani rəsmi Tehranın nüvə üzrə alim Möhsün Fəxrizadənin ölümünü kimin təşkil etdiyini müəyyənləşdirdiyini bildirib. Bu barədə Sputnik Azərbaycan "Tasnim" agentliyinə istinadən xəbər verir.

"Bu, elektron avadanlığın istifadə olunduğu çətin əməliyyat idi. Hadisə yerində heç kim olmayıb, lakin ipucları var. Eyni zamanda bunu kimin planlaşdırdığını bilirik, onun keçmişi bəllidir", - deyə Şamhani qeyd edib.

Onun sözlərinə görə, bu hadisədə İsrail və "Mossad", həmçinin İranda qadağan olunan "İran Xalqının Mücahidləri Təşkilatı" da rol oynayıb.

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal-şərqində yerləşən Absərd şəhərində M.Fəxrizadəyə sui-qəsd edilib. Əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. Ağır yaralanan M.Fəxrizadə xəstəxanada dünyasını dəyişib.

İran alimin ölümündə İsraili günahlandırır. Belə bir bəyanatla həm İranın Prezidenti Həsən Ruhani, həm də xarici işlər naziri Məhəmməd Cavad Zərif çıxış ediblər.

7
Teqlər:
qətl, nüvə, fizik, alim, İran