SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Nazir Donald Trampı itə bənzətdi

© REUTERS / Scott MorganПрезидент США Дональд Трамп
Президент США Дональд Трамп - Sputnik Azərbaycan
Abunə olmaq
Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp BMT-dəki çıxışı zamanı Şimali Koreyaya xəbərdarlıq edərək, "əgər onlar raket sınaqlarını dayandırmasa, yox ediləcəklər" deyib

BAKI, 21 sentyabr — Sputnik. ABŞ prezidenti Donald Trampın BMT-də Şimali Koreya əleyhinə çıxışı Pxenyan rəhbərliyini qəzəbləndirib. Sputnik Azərbaycan "Guardian"a istinadən xəbər verir ki, məsələ ilə bağlı KXDR-in xarici işlər naziri Ri Yonq Hu açıqlama verib.

O, Trampı hürən itə bənzədib.

"Tramp Şimali Koreyanı yox edəcəyini deyir. Belə bir söz var. İt hürsə də, proses davam edər. Əgər Tramp hürərək bizi qorxutmağı düşünürsə, səhv edir" — nazir bildirib.

Ri Yonq Hu həmçinin, ABŞ-ın tərəfində duran dövlətləri Trampın qulu hesab edib.

Xatırladaq ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp BMT-dəki çıxışı zamanı Şimali Koreyaya xəbərdarlıq edərək, "əgər onlar raket sınaqlarını dayandırmasa, yox ediləcəklər" deyib.

Xəbər lenti
0