Həsən Ruhani

İran prezidenti Trampı hədələdi: "Bunun hesabı ağır olacaq"

46
(Yenilənib 13:50 19.09.2017)
Həsən Ruhani: "İnanıram ki, amerikalılar bunu heç vaxt istəməzlər"

BAKI, 19 sentyabr — Sputnik. BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda olan İran prezidenti Həsən Ruhani CNN telekanalına müsahibə verib. Sputnik Azərbaycan xəbər verir ki, İranın nüvə proqramı ilə əlaqədar iki il əvvəl Qərb ölkələri ilə əldə olunan razılığa toxunan Ruhani, bu sazişin son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.

ABŞ prezidenti Donald Trampın sazişdən imtina etməyə çalışdığını deyən Ruhani, bunun nəticəsinin Amerika üçün yaxşı olmayacağını qeyd edib: "Əgər ABŞ müqaviləni pozsa, ağır hesab ödəyəcək. İnanıram ki, amerikalılar bunu heç vaxt istəməzlər. Nüvə razılığından imtina beynəlxalq ictimaiyyətin Vaşinqtona olan etibarını da zədələyəcək".

46
Teqlər:
sessiya, Donald Tramp, BMT Baş Assambleyası, Nyu-York, Həsən Ruhani, Amerika, ABŞ
Əlaqədar
İranın XİN başçısı Rusiyaya gedəcək
İrandan açıqlama: "Əgər siz Şimali Koreyanı təhdid etsəniz..."
"Türkiyə və İran Suriyanı dərhal tərk etməlidir"
"İran İsraili yox etmək istəyir"
Netanyahu İrandan Putinə şikayət edib