Əlində İsrail bayrağı tütmüş iraq kürdü, 16 sentyabr 2017-ci il

"İkinci İsrail dövlətinin qurulmasına imkan verməyəcəyik"

43
(Yenilənib 17:32 19.09.2017)
Kürdüstan muxtar vilayətinin 25 sentyabrda keçirməyi planlaşdırdığı referendumu dəyərləndirən Maliki, burada əsas məqsədin bölgədə ikinci İsrail dövlətinin qurulması olduğunu deyib

BAKI, 18 sentyabr — Sputnik. "İraqın şimalında ikinci İsrail dövlətinin qurulmasına imkan verməyəcəyik". Sputnik Azərbaycan "Əl-Ərəbiyə"-yə istinadən xəbər verir ki, bu barədə İraq prezidentinin müavini, keçmiş baş nazir Nuri əl-Maliki açıqlama verib.

Kürdüstan muxtar vilayətinin 25 sentyabrda keçirməyi planlaşdırdığı referendumu dəyərləndirən Maliki, burada əsas məqsədin bölgədə ikinci İsrail dövlətinin qurulması olduğunu deyib. "Biz buna imkan verməyəcəyik" — deyə Maliki bildirib.

"Bu referendum nə İraq xalqının, nə də kürdlərin mənfəətinə xidmət etmir. Üstəlik qanunsuzdur və ləğv edilməlidir" — prezident köməkçisi qeyd edib.

43
Teqlər:
referendum, Nuri əl-Maliki, Kürdüstan Muxtar vilayəti, İsrail, İraq
Əlaqədar
Türkiyə kürd muxtariyyətinə qarşı radikal addım ata bilər
Rusiya "Kürdüstan"a qarşı çıxdı
ABŞ-ın "kürd planı"na qarşı tarixi ittifaq
Kürdlər də ermənilərin gülləbaranına məruz qaldı