Премьер-министр Израиля Биньямин Нетаньяху, фото из архива

İsraildən açıqlama: "Biz PKK-nı terrorçu olaraq görürük, amma..."

157
Bir neçə gün əvvəl İsrailin Baş Qərargah rəisinin müavini Yair Qolan, PKK-nı terrorçu olaraq görmədiklərini, əksinə onların İsrailin maraqlarına xidmət etdiyini söyləmişdi

BAKI, 13 sentyabr — Sputnik. "İsrail PKK-nı terror təşkilatı olaraq görür, amma kürdlərin müstəqil dövlət qurma haqqını dəstəkləyir". Sputnik Azərbaycan "Haaretz"-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu açıqlama verib.

"İraqın şimalındakı kürd muxtariyyəti sentyabrın 25-də müstəqillik referendumu keçirməyi düşünür. Biz bunu dəstəkləyirik, çünki kürdlərin də hər bir millət kimi müstəqil dövlət yaratmaq haqqı var. Ancaq bununla belə, biz PKK-nı terrorçu təşkilat olaraq görürük. Türkiyənin HƏMAS-ı dəstəkləməsinə qarşı olduğumuz kimi, PKK-ya da qarşıyıq " — Netanyahu bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl İsrailin Baş Qərargah rəisinin müavini Yair Qolan, PKK-nı terrorçu olaraq görmədiklərini, əksinə onların İsrailin maraqlarına xidmət etdiyini söyləmişdi.

"Biz PKK-nı terrorçu təşkilat olaraq görmürük, əksinə, onlar İsrailin xarici siyasətinə xidmət edirlər" — Qolan deyib.

157
İsraildə vəziyyət

İsrail bəzi ölkələri Qüdsdə səfirlik açmaları üçün peyvəndlə şantaj edir?

4
(Yenilənib 00:55 25.02.2021)
"Reallıq ondan ibarətdir ki, Netanyahu İsrail vətəndaşlarının ödədiyi vergilərlə alınan peyvəndlərin qeyri-qanuni ticarəti ilə məşğuldur və açıq-aydın bir dövləti deyil, krallığı idarə etdiyini düşünür"

BAKI, 25 fevral — Sputnik. İsrail mediası bu ölkə hökumətinin öz səfirliklərini Qüdsə köçürməyin əvəzində bəzi dövlətlərə COVID-19 peyvəndi verməyi planlaşdırdığından yazıb.

Anadolu Agentliyinin verdiyi xəbərə görə, İsrail İctimai Yayım Korporasiyasının məlumatına əsasən, Honduras yaxın vaxtlarda İsrailin ehtiyatlarından 5 min doza koronavirus peyvəndi alacaq. Adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, yaxın günlərdə peyvənd preparatlarını daşımaq üçün Hondurasdan İsrailə bir təyyarə göndəriləcək. Bundan başqa, Qvatemala və Çexiyanın da eyni şərtlərlə İsraildən peyvənd alacağı vurğulanır.

Mənbə Hondurasın ABŞ-dan sonra İsraildə səfirliyini açan ikinci ölkə olduğunu xatırladaraq Qvatemala və Çexiyanın da eyni addımı atacaqları ilə bağlı söz verdiklərini bildirib.

Digər tərəfdən, İsrailin müdafiə naziri Beni Hans Baş nazir Benyamin Netanyahunun belə bir addım atmasının qeyri-qanuni olduğunu bildirib. "Reallıq ondan ibarətdir ki, Netanyahu İsrail vətəndaşlarının ödədiyi vergilərlə alınan peyvəndlərin qeyri-qanuni ticarəti ilə məşğuldur və açıq-aydın bir dövləti deyil, krallığı idarə etdiyini düşünür", - deyə Hans "Twitter" hesabında paylaşım edib.

Belə bir addımın hökumət tərəfindən müzakirə edilərək təsdiqlənməsinə ehtiyac olduğunu bildirən Hans "Yalnız təhlükəsizlik, siyasət və ya sağlamlıq baxımından məcburi vəziyyət yaranarsa, bu cür addım atmaq olar", - deyə vurğulayıb.

Netanyahunun mətbuat mərkəzindən verilən yazılı açıqlamada isə keçən aydan bəri istifadə olunmayan məhdud miqdarda peyvənd preparatının toplandığı, bu səbəbdən də müraciət edən bəzi ölkələrə simvolik miqdarda peyvənd verilə biləcəyi qeyd olunub.

4
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Benyamin Netanyahu, Binyamin Netanyahu, Netanyahu, İsrail
Koronavirus xəstəsi

Ermənistanda koronavirusa yoluxanların sayı 171-ə yaxınlaşır

6
(Yenilənib 20:54 24.02.2021)
Ümumilikdə bu virusdan ölənlərin sayı 3175-ə çatıb. Xəstəlikdən sağalanların sayı 162517 nəfər olub. Hazırda bu ölkədə 4445 nəfər xəstəxanada müalicə alır.

BAKI, 24 fevral — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 170945-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 273 nəfər artıb.

Ermənistanda son gündə daha 4 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3175-ə çatıb. Xəstəlikdən sağalanların sayı 162517 nəfər olub. Hazırda bu ölkədə 4445 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 111,7 milyonu keçib, 2,47 milyondan çox insan isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

6
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Ermənistan