Ağ Evdən ərəb dünyasına çağırış

© AFP 2023 / YURI GRIPASБелый дом виден на фоне таблички с надписью "Служебная зона, не входить", Вашингтон, США, 8 ноября 2016 года
Белый дом виден на фоне таблички с надписью Служебная зона, не входить, Вашингтон, США, 8 ноября 2016 года - Sputnik Azərbaycan
Abunə olmaq
"Prezident Tramp, ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərinin birliyini arzu edir"

BAKI, 13 sentyabr — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp, Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Məhəmməd bin Zayed əl Nahyanla telefonla danışıb. Sputnik xəbər verir ki, Tramp əl-Nahyana Qətər böhranının tez bitməsini arzu etdiyini bildirib.

"Prezident Tramp, ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərinin birliyini arzu edir. Prezident terrorla mübarizədə terror qruplaşmalarının maliyyələşdirilməsinin, ekstremizm ideologiyasının yayılmasının qarşısını almaqda səyləri əsirgəməməyə çağırıb" — Ağ Evin məlumatında qeyd olunub.

Xatırladaq ki, Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ Qətəri terrorçuluğu və terror qruplaşmalarını dəstəkləməkdə günahlandıraraq diplomatik münasibətləri dayandırıb.

Xəbər lenti
0