Myanmarın Demokratlar Partiyasının lideri Aung San Suu Kyi, Myanmarın Yangon şəhərində

Myanma liderinin Nobel mükafatı geri alınmayacaq

72
Myanmanın dövlət katibi Aung San Suu Kyi "Nobel" sülh mükafatından məhrum edilməyəcək.

BAKI, 9 sentyabr — Sputnik. Myanmanın dövlət katibi Aung San Suu Kyi "Nobel" sülh mükafatından məhrum edilməyəcək.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə Nobel Sülh Mükafatı Komitəsinin mətbuat katibi Olan Nyolstad jurnalistlərə bildirib.
O deyib ki, Myanmada Rohinca müsəlmanlarının buddistlər tərəfindən kütləvi şəkildə öldürülməsinə, buna görə Aung San Suu Kyiyə göstərilən təzyiqlərə baxmayaraq, onun "Nobel" mükafatı geri alınmayacaq. Nyolstad şəxsi fikrini ifadə edərkən, Myanma liderinin müsəlmanların qətlində günahkar olmadığını bildirib.

"Nobel Komitəsi mükafatlandıracağı şəxslərin həmin vaxta qədərki fəaliyyətlərini nəzərə alaraq təltif edir. Keçmişdə mükafat qazananların sonrakı fəaliyyətlərinə şərh vermir" — deyə Nobel-in sözçüsü bildirib. 

Uzun müddət müxalifətdə olan və ev dustaqlığında yaşayan Aung San Suu Kyi 1991-ci ildə "Nobel" sülh mükafatına layiq görülüb. 2016-cı ildə, Aung San Suu Kyi hakimiyyətə gələndən sonra Arakan ştatında yaşayan müsəlmanlarla buddistlər arasındakı qarşıdurmalar daha da şiddətlənib.

100 mindən artıq müsəlman doğma yurdlarını tərk edərək qonşu Banqladeşə sığınıb.

Aung San Suu Kyi müsəlmanların buddistlər və təhlükəsizlik qüvvələri tərəfindən təzyiqlərə məruz qalmasına, öldürülməsinə qarşı hərəkətsizlikdə günahlandırılır. Myanma liderindən Nobel ödülünün geri alınması ilə bağlı change.org saytında petisiya təşkil edilib. Hazırda 380 min adamın bu petisiyanı imzaladığı bildirilir. 

72
Teqlər:
Rohinca, Arakan, Nobel mükafatı, müsəlman, Aung San Suu Kyi, Myanma
Əlaqədar
Moqerini: Müsəlmanların taleyi gündəmimizdə deyil