Arakan müsəlmanları, arxiv şəkli

Moqerini: Müsəlmanların taleyi gündəmimizdə deyil

80
Avropa ittifaqı üçün əsas məsələ Myanmada müsəlmanlara qarşı cinayət yox, Venesueladakı siyasi böhrandır

BAKI, 9 sentyabr — Sputnik. "Arakanlı müsəlmanların taleyi gündəmimizdə deyil".

Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik siyasəti üzrə komissarı Federika Moqerini açıqlama verib.

"Hazırda gündəmimizdə olan əsas məsələ Venesueladakı siyasi böhran, Yaxın Şərqdəki vəziyyət və Aİ-yə üzv ölkələrlə birgə terrorizmə qarşı mübarizədir" — deyə Moqerini vurğulayıb.

Moqerini Myanmanın Arakan bölgəsində soyqırıma məruz qalan müsəlmanların taleyi ilə bağlı sadəcə çox məyus olduqlarını deməklə kifayətlənib.

80
Teqlər:
müsəlmanlar, Arakan, Venesuela, Avropa İttifaqı, Federika Moqerini, Myanma
Əlaqədar
BMT buddist zülmündən qaçan müsəlmanlara yardım əlini uzadacaq
Arakanlı müsəlmanlara qarşı daha bir rəzalət
Daha bir ölkədə müsəlmanlara qarşı vandalizm baş verdi
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop

Azərbaycan Türkiyə spikerləri: "Bu iki qardaş xalq həmişə bir-birinin yanında olacaq"

5
(Yenilənib 23:27 29.10.2020)
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

BAKI, 29 oktyabr — Sputnik. Oktyabrın 29-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla telefonla danışıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin Sədri türkiyəli həmkarına 29 oktyabr - Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, qardaş türk xalqına tərəqqi və firavanlıq arzulayıb.

Milli Məclisin Sədri qardaş Türkiyə Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirib, iki qardaş xalqın həmişə bir-birinin yanında olacağına əminliyini ifadə edib.

Sahibə Qafarova Ermənistanın son dövrlər döyüş meydanında məruz qaldığı uğursuzluqlarla barışmayaraq mülki əhalini hədəfə aldığını və bunun insanlıq əleyhinə yönələn müharibə cinayəti olduğunu ifadə edib.

Sahibə Qafarova telefon söhbətinin sonunda bildirib ki, bütün Azərbaycan xalqı öz dövlətinin və Prezidentinin yanındadır. "Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bərqərar olmuş güclü idarəçilik sistemi, iqtidarla xalq arasında mövcud olan sarsılmaz birlik Dağlıq Qarabağ məsələsinin tamamilə həllini təmin edəcək".

Təbriklər və xoş sözlər üçün təşəkkürünü bildirən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

5
Ramil Quliyev

Dünya çempionu da "Qarabağ Azərbaycandır!" dedi

19
(Yenilənib 23:21 29.10.2020)
İdmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

BAKI, 29 oktyabr — Sputnik. Türkiyə millisinin azərbaycanlı dünya çempionu Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri ilə törətdiyi terror barədə özünün "Instagram" səhifəsində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, idmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

Ramil Quliyevin paylaşımının skrinşotu

Bununla yanaşı, sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və qeyd bölməsinə "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, 30 yaşlı idmançının "Instagram"da 67 mindən çox izləyicisi var.

19
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

0
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

0