Çevriliş cəhdi

Türkiyədəki hərbi çevriliş cəhdi ilə bağlı sensasiyalı iddia

4416
(Yenilənib 17:49 08.09.2017)
Akın Öztürkün kürəkəni Hakan Karakuş məhkəmədə şok iddia ortaya atıb

BAKI, 8 sentyabr — Sputnik. Türkiyədəki 15 iyul hərbi çevriliş cəhdini təşkil etməkdə təqsirləndirilən Akın Öztürkün kürəkəni Hakan Karakuş məhkəmədə şok iddia ortaya atıb. Sputnik Türkiyə xəbər verir ki, Hakan Karakuş çevriliş əmrini Milli Kəşfiyyat Təşkilatından (MİT) aldıqlarını bildirib.

H. Karakuş MİT-dən K.G. adlı şəxsin çevrilişi idarə etdiyini söyləyib: "Biz K.G. adlı şəxsin göstərişlərini icra edirdik. Səhərə yaxın çevriliş cəhdinin baş tutmadığı aydınlaşanda, K.G. bizə mesaj ataraq bildirdi ki, "hamınızın sonu çatıb, cəzanızı çəkəcəksiniz". Şok olmuşduq, heç nə anlaya bilmirdik".

Hakan Karakuş müdafiəsinin sonunda deyib ki, qayınatası Akın Öztürkün çevrilişdə əli yoxdur: "Qayınatamın heç bir günahı yoxdur".

4416
Teqlər:
K.G, hərbi çevriliş cəhdi, Akın Öztürk, Türkiyə
Əlaqədar
ABŞ çevriliş cəhdində əli olduğunu etiraf etdi
Fətullah Gülən 15 iyul çevriliş cəhdinin arxasında duranları açıqladı
İlham Əliyev Türkiyədə çevriliş xəbərinə belə reaksiya verib
Millət vəkili: “Şükürlər olsun ki çevriliş cəhdi baş tutmadı”
ABŞ-da inanılmaz ssenari: hərbi çevriliş