Arxeoloji qazıntı

Yer kürəsinin 66 milyon il əvvəl yaşamış sakini tapıldı

582
(Yenilənib 20:47 03.09.2017)
Skelet çox ehtiyatla olduğu yerdən çıxarılıb

BAKI, 3 sentyabr — Sputnik. ABŞ-ın Kolorado ştatında aparılan qazıntı işləri zamanı, 66 milyon il əvvəl yaşamış bir dinozavr skeleti tapılıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tapıntıları təhlil edən araşdırmaçılar, skelet parçalarının, 6 ton ağırlığında və 9 metr hündürlüyündə olan bir dinozavra aid olduğunu açıqlayıblar.

Skelet çox ehtiyatla olduğu yerdən çıxarılıb. Dinozavr skeletinin 66 milyon il öncə basdırıldığı məlum olub.

582
Teqlər:
66 milyon il, dinozavr skeleti, ABŞ
Əlaqədar
Azərbaycanda naməlum heyvan skeleti tapıldı: yüzlərlə insan onu görməyə gedir
Qəbirdən tapılan skelet arxeoloqları şoka salıb
Çində evin pilləkəninin altından dinozavr skeleti tapılıb
 COVİD-19 xəstəsi, arxiv şəkli

Ermənistanda koronavirusdan ölənlərin sayı 3200-ə çatdı

0
Ermənistanda son gündə daha 5 nəfər ölüb. Qonşu ölkədə ümumilikdə bu virusdan ölənlərin sayı 3 200-ə çatıb.

BAKI, 2 mart — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 172 456-ya çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 240 nəfər artıb.

Ermənistanda son gündə daha 5 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3 200-ə çatıb. Xəstəlikdən sağalanların sayı 163 738 nəfər olub. Hazırda bu ölkədə 4 700 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114,4 milyonu keçib, 2,53 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Erməni hərbçiləri, arxiv şəkli

Rusiyalı hərbi ekspert: "Ermənistan Qarabağ müharibəsi zamanı hərbi cinayət törədib"

21
(Yenilənib 14:29 02.03.2021)
Ermənistan tərəfindən Azərbaycana raket zərbələri vurulan zaman yaradılan uçuş tapşırıqlarının hərbi obyektləri deyil, məhz şəhərləri vurması nəzərdə tutulurdu

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 2 mart — Sputnik. Ermənistan Qarabağ müharibəsi zamanı raket sistemlərindən Azərbaycan şəhərlərini vurmaq üçün istifadə edib. Beynəlxalq hüquq baxımından bu, hərbi cinayətdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko "Sputnik"də canlı yayım zamanı bildirib.

"Çoxları deyirlər ki, müharibə zamanı bu və ya digər tərəf bir-birlərinin mülki obyektlərini vurub. Lakin burada çox önəmli nüans var. Əməliyyatlar döyüş zonasında gedən zaman vəziyyətdən asılı olaraq bu və ya digər silah sisteminin tətbiq edilməsi barədə qərar hərbi hissə və bölüyün komandiri tərəfindən verilir. Ona görə də bu vaxt döyüş əməliyyatları zonasında mülki obyektlərin vurulmasını istisna etmək olmaz", - deyə Koretçenko qeyd edib.

Rusiyalı ekspert vurğulayıb ki, raket sistemlərinə, xüsusilə operativ-taktiki sistemlərinə gəldikdə isə bunun üçün ölkə rəhbərliyinin razılığı lazımdır: "Bundan sonra hərbçilər uçuş tapşırığını hazırlayırlar. Bu uçuş tapşırığı raketin kompüterinə daxil edilir, hazırlıq görülür və raket buraxılır. Buna görə də Ermənistan tərəfindən Azərbaycana raket zərbələri vurulan zaman yaradılan uçuş tapşırıqlarının hərbi obyektləri deyil, məhz şəhərləri vurması nəzərdə tutulurdu. Nəzərə alsaq ki, müasir raket kompleksi hədəfə dəydiyi zaman böyük dağıntılara səbəb olur, Azərbaycanın iki şəhərinə Ermənistanın operativ taktiki raketlərlə hücum etməsi müharibə cinayətidir. Bu aksiyaların heç bir bəraəti ola bilməz".

21
Teqlər:
cinayət, hərbi, Ermənistan, Azərbaycanlı, Qarabağ, Sputnik, müsahibə, İqor Korotçenko