Şəhərdən 60 min insan köçürüləcək

© AP Photo / Michael ProbstFrankfurtda II Dünya Müharibəsindən qalma partlamamış bombanın tapıldığı ərazi, 1 sentyabr 2017-ci il
Frankfurtda II Dünya Müharibəsindən qalma partlamamış bombanın tapıldığı ərazi, 1 sentyabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Ərazinin tərk etməyənlərin olması ehtimali ilə kameralar quraşdırlacaq

BAKI, 3 sentyabr — Sputnik. Almaniyanın Frankfurt şəhərindən 60 min nəfər təxliyə ediləcək. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, buna, şəhərdə ingilislərə aid II Dünya Müharibəsindən qalma partlamamış bomba tapılması səbəb olub.

© Photo : Frank Rumpenhorst/dpa via APFrankfurtdakı Buergerhospital xəstəxanasının pasiyentləri təxliyyə zamanı. 2 sentyabr 2017-ci il
Frankfurtdakı Buergerhospital xəstəxanasının pasiyentləri təxliyyə zamanı. 2 sentyabr 2017-ci il - Sputnik Azərbaycan
Frankfurtdakı Buergerhospital xəstəxanasının pasiyentləri təxliyyə zamanı. 2 sentyabr 2017-ci il

Xatırladaq ki, 2017-ci ilin may ayında Frankfurtun Vismarer küçəsində həyata keçirilən inşaat işləri zamanı partlamamış bomba aşkar edildikdən sonra, hökumət ərazidən 60 min nəfərin köçürüləcəyini bildirmişdi. 1,5 tonluq bombanın təsirsiz hala gətirilməsi üçün bu, çox vacibdir.

Dövlət nümayəndələri köçürülmənin bu gündən başlayacağını bildiriblər. Qeyd edilib ki, bombanın təsirsiz hala gətirilməsi 4 saat vaxt tələb edir. Bununla yanaşı, ərazini tərk etməyənlərin olması ehtimali ilə, istiliyə həssas kameralar quraşdırlacaq.

Xəbər lenti
0