Türk lirəsi, arxiv şəkli

Türkiyə iqtisadiyyatında böyük yüksəliş

2508
Türkiyə dünyanın ən böyük 13-cü iqtisadiyyatı oldu

BAKI, 31 avqust — Sputnik. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına görə, alıcılıq qabiliyyəti pariteti ilə Türkiyədə adambaşına milli gəlir 25 min dolların üzərinə çıxıb. Sputnik Azərbaycan Marja-ya istinadən xəbər verir ki, bu rəqəmlə Türkiyə 13-ci böyük iqtisadiyyatı olub.

Ədalət və İnkişaf Partiyayının (AKP) İqtisadiyyat üzrə sədr müavini Cevdet Yılmaz "Adambaşına gəlirimiz 2002-2016 dövründə 3 min 500 dollar mərtəbəsindən 11 min dollara yaxınlaşdı. Milli gəlirimiz, bu qədər daxili və xarici təcavüzə baxmayaraq 2002-də 230 milyard dolarkən, 2016-da 860 milyard dollara yüksəlib" — açıqlamasını verib.

"BVF satınalma gücü paritetinə görə, milli gəlirdə dünyada 13-ci böyük iqtisadiyyat olduq. Bu bazada adam başı gəlirimiz 25 min dollara çıxıb. 2002-2016 dövründə illik orta hesabla 5,7% artan iqtisadiyyatımız, 2023 hədəflərinə də etibar və sabitlik içində addımlayacaq"- deyə o bildirib.

2508
Teqlər:
gəlir, BVF, Beynəlxalq Valyuta Fondu, Türkiyə, dollar, iqtisadiyyat
Əlaqədar
"Türkiyə iri addımlarla Avropadan uzaqlaşır"
Avropa İttifaqı daxilində fikir ayrılığı: "Türkiyənin haqqını ödəyin"
Bu ölkələrdən Türkiyəyə axın var
Rusları Türkiyə otellərindən çıxarmağa başladılar
ABŞ-ın düşməni Türkiyəyə mesaj göndərdi
Pentaqon rəhbəri Türkiyədə

Prezident İlham Əliyev İranın yeni seçilmiş prezidentini təbrik edib

1560
(Yenilənib 19:12 19.06.2021)
İranın daxili işlər naziri Əbdülreza Rəhmani Fəzli prezident seçkilərində İbrahim Rəisinin qalib gəldiyini bəyan edib.

Prezident İlham Əliyev İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisiyə təbrik məktubu ünvanlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Rəisi,

İran İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası tarixən dini və mədəni köklərlə bağlı olduğu İran İslam Respublikası ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrimizin mövcud vəziyyəti məmnunluq doğurur. Ölkələrimiz arasında çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr, o cümlədən Dövlət Komissiyasının uğurlu fəaliyyəti qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafında mühüm rol oynayır.

Azərbaycanın əzəli, tarixi torpaqlarının işğaldan azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədi tam bərpa edilmişdir. Bu yeni vəziyyət ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin daha da gücləndirilməsi və regional əməkdaşlığın inkişafı baxımından böyük imkanlar vəd edir.

İnanıram ki, qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost və qardaş İran xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

İranda prezident seçkilərinin nəticələri

İranın məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi prezident seçkilərində qalib gəlib. Bu barədə ölkənin daxili işlər naziri Əbdülreza Rəhmani Fəzli bəyan edib.

"İbrahim Rəisi 17 926 345 səs toplayaraq, İranın icraedici hakimiyyətinin başçısı və prezident olub", - Fəzli deyib.

İkinci yerdə 3 412 712 səs yığmış Möhsün Rezai gedir. Əbdülnasir Həmmati 2 427 201, Hüseyn Həzizadə Haşimi isə 992 718 səs toplayıb.

Səsvermənin ilkin nəticələri

İranın məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi prezident seçkilərində liderlik edir. Bunu İranın seçkilərin keçirilməsi üzrə qərargahın rəhbəri Camal Orf bildirib.

"Seçkilərdə 28,6 milyon həmyerlimiz iştirak edib. Səslərin sayılması nəzərə alsaq bu ilkin nəticələrdir. Hazırda İbrahim Rəisi 17,8 milyondan çox seçiciinin səsini toplayıb. Möhsün Rezai 3,3 milyondan çox, Həmmati 2,4 milyondan çox, Həzizadə Haşimi isə 1 milyon səs toplayıb", - o deyib.

Səsvermə və səslərin hesablanması

İranda prezident seçkilərində səsvermə yerli vaxtla saat 02:00-da (Bakı vaxtı ilə saat 01:30) rəsmən başa çatıb. Bununla belə, bəzi məntəqələrdə hələ seçicilər və məntəqə üzvləri işləməyə davam edirlər.

Sputnik Azərbaycan İRNA-ya istinadla xəbər verir ki, bu barədə İslam Respublikasında seçkilərin keçirilməsi üzrə qərargah şənbə günü bildirib.

“Səsvermənin keçirilməsi sona çatdı. Hazırda səsvermə yalnız seçicilərin olduğu məntəqələrdə davam edir”, - deyə seçkiləri müşahidə edən gənc jurnalistlər klubundan bildirilib.

Səsvermə cümə günü yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 06:30) başlanıb və saat 00:00-a (saat 23:30) qədər davam etməli idi, ancaq seçki məntəqələrinin işinin müddəti səsvermənin tam başa çatmamasına görə uzanıb.

Bu halda IRIB teleradioyayım şirkəti bildirib ki, seçki məntəqələrinin əksəriyyətində artıq iş qurtarıb, indi səslərin hesablanmasına başlanılıb.

Prezidentliyə namizəd Abdulnaser Hemmatinin seçki qərargahının nümayəndəsi Cahanbəxş Xancani bildirib ki, yerli vaxtla saat 02:00-a (Bakı vaxtı ilə saat 01:30) olan məlumata görə, seçkilərdə 28,4 milyon seçici iştirak edib. Ölkədə səsvermə hüququ olan vətəndaşların sayı 59,31 milyon nəfərə yaxındır. Beləliklə, seçkilərdə iştirak təxminən 48 % təşkil edib.

Favorit kimdir?

Prezident seçkilərinin favoriti İbrahim Raisi hesab edilir. Altmış yaşlı siyasətçi 2019-cu ildən İran məhkəmə orqanlarının başçısı postunu tutur, o, əvvəllər baş prokuror olub. Raisi seçkiqabağı kampaniyasının gedişatında yoxsulluğa və korrupsiyaya qarşı mübarizə aparmağa söz verib. 2017-ci ildə Raisi prezident olmağa təşəbbüs edib, ancaq Həsən Ruhaniyə uduzub.

Ondan başqa, prezident postu uğrunda Möhsen Rezai də mübarizə aparır. O, 1980-90-cı illərdə İran İslam İnqilabı Keşikçiləri Korpusuna başçılıq edib. İranın prezident vəzifəsinə həmçinin Mərkəzi Bankın sədri Abdulnaser Hemmati və parlament sədrinin müavini Əmir Hüseyn Kazizade Haşimi də namizəddir.

Londonda seçki qərargahına hücum

Ötən gün Londondakı İran konsulluğunun qarşısında toplanan bir qrup şəxs səsverməyə mane olmağa çalışıblar. Onlar binaya girən hər kəsin üzərinə boya töküblər.

İranın Böyük Britaniyadakı müvəqqəti işlər vəkili Mehdi Hüseyni “Twitter” səhifəsində bildirib ki, İran ölkənin Londondakı konsulluğunda yerləşən seçki məntəqəsinə edilən hücumla əlaqədar məhkəməyə müraciət etmək niyyətindədir.

"Əksinqilabçı ünsürlərin İran vətəndaşına qarşı hücumu qanunla mühakimə ediləcək. Keçmişi terror bağlı olan və xarici dairələrlə əlaqəli saxta demokratiya tərəfdarları keçmişi səs vermək istəyən bir qadını vəhşicəsinə döyüblər. Nəticədə qadın ağır kəllə-beyin travması alıb", - Hüseyni yazıb.

 

1560

Bu dünyanı dəyişməliyik

10
(Yenilənib 15:07 18.06.2021)
Krasnodarlı rəssam Vladimir Kandr tullantılardan beşmetrlik "Dalğa" adlı qurğu düzəltdi - Ətraflı videomuzda.

 

Rəssam Vladimir Kandr ətraf mühitin çirklənməsi problemindən o qədər narahat olub ki, bu məsələnin həll yolu onun yuxusuna girib. Belə ki, tullantılardan "Dalğa" adlı qurğu düzəltmək ideyası ona yuxuda gəlib.

Vladimir müsahibəsində bildirib ki, üç tondan çox zibil toplayıb, onları yenidən emal edərək yığılıb-sökülən qurğu düzəldib.

"Bu doqquz hissəyə bölünən dalğadır, nəqliyyatla da daşına bilir. Müasir sivilizasiyamızla ətraf mühiti necə məhv etdiyimizi anlamaq üçün qurğunun ortasında bir oyuq da düzəltdim," – deyə rəssam fikirlərini bölüşür.

Kandrın sözlərinə görə, o, dostları ilə həmişə təbiət qoynunda dincəlməyə gedəndə həm də digər turistlərin zibillədiyi əraziləri təmizləməklə məşğul olublar. Belə gəzintilər zamanı metal çəlləklərdən tutmuş konyak şüşələrinə qədər maraqlı və qeyri-adi əşyalara da rast gəlinir.

"Tullantılar yer dəyişdirir, başqa ölkələrdən bizə qədər gəlib çıxır. Hərdən qeyri-adi tapıntılar da olur. Bəzən bir kvadratmetr ərazidə beş alışqan, çox sayda taykeş ayaqqabılara rast gəlmək olar. Onları geyinmək də mümkündür, amma hər tayı fərqli olacaq", – ekoaktivist zarafatla deyir.

Vladimir Kandr onu da bildirib ki, hazırda "Dalğa"dan da böyük yeni layihə üzərində işləyir. Yeni qurğu da eyni tərzdə, ancaq başqa süjet əsasında hazırlanacaq.

10
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

Azərbaycanın xarici siyasət idarəsi Ermənistana cavab verdi

6
Azərbaycan humanizm prinsiplərindən çıxış edərək bu günədək saxlanılan ermənilərin bir hissəsini Ermənistana təhvil verib.

BAKI, 19 iyun - Sputnik. "Ermənistan Xarici İşlər Nazirliyi 2021-ci il 18 iyun tarixli bəyanatında ölkəmizi 44 günlük müharibə zamanı Ermənistan tərəfindən Azərbaycan ərazisində qanunsuz şəkildə döyüşən, müharibə cinayətləri, terror aktları törətməkdə, muzdlu kimi döyüşməkdə təqsirləndirilən şəxsləri mühakimə etməkdə ittiham edir. Ermənistan XİN-in bəyanatında “hərbi əsirlər” və “mülki şəxslər” kimi göstərilən şəxslər hərbi əməliyyatlar zamanı və əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisində qəsdən adamöldürmə, işgəncə, terrorçuluq və digər cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərdir. Əlbəttə, Azərbaycanın həm beynəlxalq hüquq, o cümlədən 1949-cu il Cenevrə konvensiyaları, muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı beynəlxalq Konvensiya, həm də yerli qanunvericiliyə əsasən bu şəxsləri məsuliyyətə cəlb etməyə həm hüququ, həm də beynəlxalq öhdəliyi var".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in müvafiq bəyanatına dair şərhində yer alıb.

"Hazırda Azərbaycan tərəfində saxlanılan və istintaqa cəlb olunan ermənilərə gəldikdə, Ermənistan XİN-ə xatırladırıq ki, bu şəxslərdən bir qrupu 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisinə daxil olan terrorçu qrupun üzvləridir və bu qrupun təxribatçı fəaliyyəti nəticəsində Azərbaycanın 4 hərbi qulluqçusu öldürülüb, bir mülki şəxs isə ağır yaralanıb. İttiham olunan erməni əsilli Livan vətəndaşı əcnəbi muzdlu qismində pul qarşılığında 44 günlük müharibə zamanı azərbaycanlı hərbçi və mülki şəxslərə qarşı döyüşlərdə iştirak edib. Digər iki erməni vətəndaşı isə hələ Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı mülki şəxslərə və hərbçilərə işgəncə verməkdə ittiham olunan şəxslərdir.

Vurğulamaq istərdik ki, Azərbaycanda saxlanılan ermənilərin yerinin gizli saxlanılması ilə bağlı deyilən fikirlər tamamilə yalandır. Rəsmi açıqlamalarda artıq bildirildiyi kimi, Azərbaycan bu şəxslərin saxlanılma vəziyyəti ilə bağlı olan bütün tələbləri yerinə yetirib. Hətta Beynəlxalq Qırmızı Xaç Komitəsi, insan hüquqları üzrə müvəkkilin (ombudsman) saxlanılan şəxslərlə mütəmadi görüşləri təşkil edilib və bu şəxslərin səhhəti barədə tibbi sənədlər belə təqdim edilib.

Azərbaycan humanizm prinsiplərindən çıxış edərək bu günədək saxlanılan ermənilərin bir hissəsini Ermənistana təhvil verib.

Bunun qarşılığında isə Ermənistan tərəfinin addımları göz qabağındadır. Yalnız Ağdam üzrə mina xəritələrini Azərbaycana təhvil verən Ermənistan bu ölkənin yüksəksəviyyəli rəsmiləri tərəfindən açıq şəkildə etiraf edildiyi kimi, çoxsaylı mina xəritələrini gizlədir, Azərbaycana verməkdən imtina edir. Hələ Birinci Qarabağ müharibəsində itkin düşən 4 minədək azərbaycanlının taleyi barədə bu günədək heç bir məlumat verilməyib. Ərazilərimiz işğaldan azad olunduqdan sonra Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıq Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinin və Ermənistanın itkin düşmüş azərbaycanlılar barədə məlumatı gizlətdiyinin bariz sübutudur.

Ermənistan XİN-i beynəlxalq hüquq pozuntularından danışmağa başlamadan əvvəl Ermənistan Respublikasının 30 ilə yaxın müddət ərzində beynəlxalq hüquq prinsiplərini, xüsusilə də suverenlik və ərazi bütövlüyünə hörmətlə yanaşılması prinsipini tapdaladığını, bir milyonadək azərbaycanlının fundamental hüquqlarının kobud şəkildə pozduğunu göz önünə gətirməlidir"-, məlumatda qeyd olunub.

6