Ən zəngin ailələrin siyahısı açıqlandı

© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidДенежные купюры России и США
Денежные купюры России и США - Sputnik Azərbaycan
Abunə olmaq
Cədvəl tərtib edilərkən varlı ailələrə məxsus aktivlərin qiymətləri, şirkət səhmləri, daşınmaz əmlak, həmçinin şəxsi əmlakları qeydə alınıb

BAKI, 30 avqust — Sputnik. ABŞ-ın dünyaca məşhur "Forbes" jurnalı Rusiyanın ən zəngin ailələrinin siyahısını hazırlayıb. Sputnik Azərbaycan bu barədə "BBC"-yə istinadən xəbər verir.

Siyahıda ilk yeri 9,9 milyard dollar sərvətlə Qutseriyev ailəsi tutub. Bu ailə artıq son üç ildir ki, siyahıya başçılıq edir. Reytinqdə ikinci yeri Rotenberq ailəsi tutub. "Forbes"-ə görə onların sərvəti 4,2 milyard dollar miqdarındadır. Üçüncü pillədə isə Ananyev qardaşları qərarlaşıb. Onların 2,7 milyard dollar sərvəti var.

Qeyd edək ki, cədvəl tərtib edilərkən varlı ailələrə məxsus aktivlərin qiymətləri, şirkət səhmləri, daşınmaz əmlak, həmçinin şəxsi əmlakları qeydə alınıb. Jurnalın siyahısına ancaq sahibkarlıq yolu ilə sərvət qazanan ailələr daxil edilib. Reytinqdə dövlət məmurları nəzərə alınmayıb.

Xəbər lenti
0