BAKI, 30 avqust — Sputnik. Fransanın əsas simvollarından sayılan "Eyfel" qülləsinin işıqları 10 oktyabr tarixinədək yanmayacaq. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, buna səbəb işıq ampulalarının dəyişdirilərək yenidən qurulmasıdır.
Məlumatı "Eyfel" qülləsinin əməliyyat şirkəti yayıb. "2000-ci ildən bu yana Paris səmalarını aydınladan işıqlandırma sistemi 10 oktyabradək dayandırılacaq. İşıq ampulaları dəyişdiriləcək, qüllədə təmir işləri aparılacaq" — deyə şirkətdən bildirilib.