Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransanın “Le-Monde” qəzetinə müsahibə verir. Ankara, Prezident sarayı, 6 avqust 2016-cı il

"Dünya Myanmadakı qətliam qarşısında kar kordur"

75
Ərdoğan məsələni BMT-də gündəmə gətirəcəklərini bildirib

BAKI, 29 avqust — Sputnik. “Dünya Myanmadakı qətliam qarşısında kar və kordur. Nə eşitmir, nə də görmür.” Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət telekanalına özəl müsahibəsi zamanı deyib.

Myanmada ordunun və buddistlərin müsəlmanlara qarşı törətdiyi qətliam barəsində danışan Ərdoğan, məsələni BMT-də gündəmə gətirəcəklərini bildirib.

“Bu son hadisələr daha da acınacaqlıdır. Eşitdiyimiz rəqəmlər təəssüf ki, 3 minə yaxın insanın öldürülməsi ilə bağlıdır. Əlbəttə, bu məsələni ağır, şiddətli bir şəkildə pisləyirik. Bu mövzunu bütün beynəlxalq təşkilatların, BMT-nin qarşısında qaldıracağıq” – prezident qeyd edib.

75
Teqlər:
qətl, BMT, Ərdoğan, Myanma
Əlaqədar
Merkelə qarşı "Ərdoğan üsyanı"
Ərdoğandan yeni "Qüds" açıqlaması
Avropadan Ərdoğana hədə: İşimizə qarışsan...
Ərdoğanın Merkeli devirmək planının üstü açıldı
Ərdoğan İrana hansı mesajı aparır?