Əfqanıstan polisi, arxiv şəkli

ABŞ səfirliyi yaxınlığında partlayış baş verib

16
Hadisə zamanı 1 nəfər dünyasını dəyişib, 8 nəfər yaralanıb

BAKI, 29 avqust — Sputnik. Əfqanıstanın paytaxtı Kabildə ABŞ səfirliyinə yaxın yerdə partlayış baş verib. Sputnik xəbər verir ki, partlayış "Kabul Bank"ın yerli şöbəsinin girişində törədilib.

Xəbərə görə, üzərinə bomba taxan terrorçu, mühafizəçilər tərəfindən aşkar edildiyini görəndə özünü partladıb. Hadisə zamanı 1 nəfər dünyasını dəyişib, 8 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

16
Teqlər:
ABŞ səfirliyi, yaralı, Kabil, partlayış, Əfqanıstan
Əlaqədar
Partlayış bölgəsindən son xəbər
Partlayış yerinə baxış keçirilir
Məsciddə törədilən partlayış nəticəsində 20 nəfər həlak oldu
Goranboy sakini öz evində partlayış törədib
Qaçqın düşərgəsində partlayış törədildi, ölənlər var